Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Abşeron rayonunda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub

Abşeron rayonunda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub

28.07.2026 [07:50]

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31