Şuşa-Laçın yolunda baş verənlər Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir
17.12.2022 [12:13]
Son müddət ərzində aparılmış araşdırmalar və müşahidələr zamanı bəlli oldu ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı həyata keçirilməkdədir. Heç şübhəsiz ki, belə bir vəziyyət həm Azərbaycan dövlətini, həm də cəmiyyətini qane edə bilməzdi. Ona görə də, bir neçə dəfə sözügedən ərazilərdə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin keçirilməsinə cəhdlər edildi. Lakin həmin ərazilərə girişə maneçilik törədildi. Ona görə də, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması və bütün təbii sərvətlərin istismarının ölkəmizin qanunvericiliyi əsasında həyata keçirilməli olması tələbləri ilə vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olundu.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
O bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası obyektiv xarakter daşıyır. Çünki ortada bir səbəb və ona uyğun da xoşagəlməz nəticə var. Bu səbəbdən də Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, vətəndaş cəmiyyətinin nümayiş etdirdiyi mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu gün Şuşa-Laçın yolunda baş verənlər Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir.
Azərbaycan fəallarının sülh aksiyasının Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmadığını vurğulayan Ramil Vəlibəyov əlavə edib: “Ermənistanın qərəzli iddiaları əsassızdır. Erməni tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Əksinə Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Həmçinin keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Əvəzində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki, inteqrasiya olunmayıb. Bu mənada Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Sirr deyil ki, Azərbaycan məsuliyyətli ölkədir və ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Ermənistanın narahatlığı və siyasi təxribatları isə yalnız bir məqsədə xidmət edir: Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmasın, kriminal iş adamı Ruben Vardanyan Azərbaycanın təbii sərvətlərini talan etməyə davam etsin. Lakin Ermənistan anlamalıdır ki, öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Onu da qeyd etmək lazımdır ki, əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Eləcə də Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

