Avrasiyada nəqliyyat-logistika sahəsində Azərbaycan, Türkiyə və Türkmənistanın rolu artıb
19.12.2022 [17:06]
Son illərdə türkdilli ölkələr arasında münasibətlərin dinamik inkişafı və keyfiyyətcə yeni mərhələyə keçməsi müşahidə edilir. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu vardır. Ölkə başçısının Mərkəzi Asiyanın türkdilli dövlətlərinə səfərləri qarşılıqlı siyasi-iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, tarixi bağlarımızın və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verir.
Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi ilə paralel şəkildə, həm də regionda yerləşən türk ölkələri arasında ikitərəfli və üçtərəfli formatlarda münasibətlər inkişaf etməkdədir. Bu baxımdan dekabrın 14-də Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının Birinci Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir.
Üç ölkənin dövlət başçılarının Birinci Zirvə Görüşü çərçivəsində çoxsaylı sənədlər, o cümlədən “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” imzalanıb. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli əməkdaşlıqda nəqliyyat-logistika sahəsinin önəmini bir daha vurğulayıb: “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir”.
Mövcud geosiyasi reallıqlar fonunda nəqliyyat-logistika sahəsi böyük aktuallıq daşıyır. Geniş Avrasiya coğrafiyasında ölkələr və şirkətlər yüklərin daha təhlükəsiz marşrutlarla daşınmasına çalışırlar. Belə bir şəraitdə Xəzər sahillərində yerləşən Azərbaycan və Türkmənistanın, eləcə də Qara dənizdə təhlükəsiz limanlara malik olan Türkiyənin cəlbediciliyi artıb. Regionda Azərbaycanın və Türkiyənin sıx əməkdaşlığı şəraitində inşa olunan boru kəmərləri ilə Türkmənistanın zəngin enerji resurslarını Avropaya nəql etmək mümkündür. Eyni zamanda, üç ölkədən keçən təhlükəsiz marşrutlarla böyük həcmlərdə yük daşımalarını həyata keçirmək imkanı var.
Azərbaycan nəqliyyat sahəsində böyük layihələrin icrasında iştirak etmiş, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Nəqliyyat- logistika sahəsində əsas hədəf beynəlxalq imkanlardan istifadə edərək iqtisadi cəhətdən daha səmərəli, eyni zamanda təhlükəsiz və etibarlı nəqliyyat yollarının təmin edilməsidir. Bu baxımdan Qarabağın 30 illik işğalına son qoyulması qarşıya qoyulmuş böyük hədəflərə çatmaq, regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-kommunikasiya şəbəkəsi barədə ətraflı məlimat verib, Türkiyədən və Türkmənistandan olan şirkətləri bu potensialdan faydalanmağa dəvət etdi.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07

