Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Böyük Qayıdış təməl sütunu I Dövlət Proqramı

Böyük Qayıdış təməl sütunu I Dövlət Proqramı

26.12.2022 [10:27]

“Məcburi köçkün” adı altında 30 ilə yaxın yaşamış vətəndaşlarımız artıq bu ağır yükdən qurtulmuş oldular. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdi, bu tarixi zəfərlə xalqımıza əvəzsiz qürur hissi yaşatdı. İşğala birdəfəlik son qoyuldu.

Azərbaycanımızın üzləşdiyi, qarşı-qarşıya gəldiyi düşmən hədsiz qəddar, nankor, dağıdıcı, ziyanverici, vəhşi idi. Bunu cənab Prezident çıxışlarında vurğulayıb. Hər dəfə işğaldan azad edilmiş hansısa bölgəyə səfərləri zamanı, cənab Prezident də, bu səfərlərdə daim onunla yanaşı addımlayan ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da gördükləri acı mənzərədən necə mütəəssir olduqlarını dilə gətirib, dağıdılmış, viran edilmiş yurd yerlərimizin, şəhərlərin, kəndlərin görüntülərini paylaşıblar. Artıq bütün dünya erməni vandalizminə şahiddir. Bu mənada hazırda dövlətimizin qarşısında çox çətin, illərlə davam etməsi gərəkən bir vəzifə dayanır – dağıdılmış şəhər və kəndləri bərpa etmək, yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı doğma elinə qaytarmaq, viran qalmış ərazilərə həyat vermək, dirçəltmək. Azərbaycan dövləti bunun öhdəsindən gələcək. Mütləq gələcək. Buna inamımız qətidir. Lakin bu işlərin vaxt aparacağı da məlumdur. Keçmiş köçkün vətəndaşlarımız əlbəttə səbirsizlənir, doğma evlərinə, yurd-yuvalarına tez qayıtmaq istəyir. Ancaq mənfur düşmən məkrindən yenə əl çəkmir.

Ermənistan 30 ilə yaxın müddətdə minaladığı Azərbaycan ərazilərinin xəritəsini təhvil verməməklə beynəlxalq cinayətkar olduğunu bir daha sübut edir. Belə vəziyyətdə vətəndaş kimi üzərimizə düşən vəzifə dövlətin tətbiq etdiyi qanunlara, qaydalara riayət etmək, səfər edilməsinə icazə verilən ərazilərə gedişlər təşkil etməkdir. İşğaldan azad edilmiş bölgələrin bərpasının iqtisadi, sosial üstünlükləri barədə istər yerli, istərsə də xarici mütəxəssislərin rəyi demək olar üst-üstə düşür. Qarabağın tam bərpası üçün təxminən 5-10 il zaman lazım gərəkəcəyi bildirilir. Qarşıdakı 5 il ərzində dövlətin qarşıya qoyduğu bütün layihələr, planlar, tikinti və quruculuq işləri sürətlə davam edəcək. Həyat üçün, yaşayış üçün kiçicik bir imkan olan kimi onsuz da vətəndaşlarımız Qarabağı qucaqlayacaq. Bu işlərin aparılması üçün, sadəcə, əhəmiyyətli layihələrə və ən zəruri işlərə qısa zamanda başlamaq lazımdır.               

Azərbaycan Ordusunun zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra Azərbaycanın əsas prioritetlərindən biri işğaldan azad edilmiş şəhər və qəsəbələrin yenidən bərpasıdır. Bu istiqamətdə işlərə hərbi əməliyyatlar bitəndən dərhal sonra strart verilib. Əvvəlcə ərazilərin partlamamış sursatlardan, minalardan təmizlənməsi, daha sonra əsas kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb.

2021-ci ilin dövlət büdcəsindən bu məqsədlə 2,2 milyard manat vəsait ayrılıb. Habelə ilin əvvəlində yaradılmış Qarabağ Dirçəliş Fonduna köçürülən ianələr də tikinti-quruculuq işlərinə yönəldilir. Bu vəsaitlər əhalinin, iş adamlarının, şirkətlərin, xaricdə yaşayan həmvətənlərimizin könüllü şəkildə köçürdüyü ianələrdən formalaşır.

Dövlətin maliyyə resursları tenderlər vasitəsi ilə iddiacı şirkətlər arasında bölüşdürülüb. Hazırda işğaldan azad olunmuş bölglərdə çoxsaylı xarici şirkətlər də çalışır.

Azərbaycan Prezidentinin tövsiyəsinə əsasən onlar müharibə zamanı Azərbaycana siyasi, mənəvi dəstəyini əsirgəməyən dost ölkələrdən seçilib. Bu sırada qardaş Türkiyəni, Böyük Britaniyanı, İsraili, Pakistanı və s. ölkələri təmsil edən şirkətlər üstünlük təşkil edir. Eyni zamanda dünyanın ixtisaslaşmış nəhəng şirkətləri də Qarabağın yenidən qurulmasına cəlb edilib. Hazırda bu firmalar azad edilmiş böləgələrdə yolların, kommunikasiya xətlərinin, hava limanlarının, dəmir yol xətlərinin, habelə şəhər və kəndlərin tikintisi ilə məşğuldur.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na görə, ilk növbədə işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgəsi yenidən qurulacaq. Artıq, sözügedən iqtisadi rayonlardan şəhər və rayonların baş planı işlənib hazırlanıb. Dövlət Proqramın tezliklə icrası Böyük Qayıdış təməl sütununu təşkil edəcəkdir.

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28