Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması hədəfi özündə bütün məqamları ehtiva edir

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması hədəfi özündə bütün məqamları ehtiva edir

27.12.2022 [11:10]

Dövlət başçısı İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü çoxəsrlik tariximizin ayrı-ayrı dövrlərində xalqımızın yaşadığı faciələrin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Bu əminlik ifadə edildi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bu çağırışlar da edildi ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq.  Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.

Əsas çağırışlardan biri budur ki, tarix təhrif olunmamalıdır. 1918-ci ildə yeni  yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində  tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Dövlət başçısı bildirir ki, bu, bağışlanmaz bir addım, xəyanət və cinayət idi. Xalqımız bunu bilməlidir. “Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi. Baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, tariximizin qara səhifələrini də unutmamalı, ört-basdır etməməliyik: “Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.”

Tarixi həqiqətlərə nəzər salaq. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə  digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.

1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildilər. Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.

Bunlar tarixdir. Tarix faktlara əsaslanmaqla yanaşı, heç zaman saxtakarlığı sevmir. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərində tarixi həqiqətlərə və real faktlara əsaslanan təbliğatı, diplomatik mübarizəsi nəticəsində münaqişənin həlli bağlı yaradılan möhkəm hüquqi baza əhəmiyyətli rol oynadı. Bu gün xalqımız tam əmindir ki, tariximizə söykənərək Qərbi Azərbaycana da qayıdışımız tezliklə reallığa çevriləcək. Dövlət başçısı İlham Əliyevin birgə səylərimiz əsasında Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənib hazırlanmasını qarşıya əsas hədəf kimi qoyması özündə bütün məqamları ehtiva edir.     

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28