Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Böyük ideallar reallığa çevrilir

Böyük ideallar reallığa çevrilir

24.01.2023 [11:21]

Davos Forumunda müzakirə olunan məsələlər çox aktualdır və  qlobal xarakter daşıyır. Bu mötəbər tədbirdə verilən qərarlar dünya iqtisadiyyatına təsir edir. Davos Forumu iqtisadi məsələlərlə əlaqədar mühüm tribunadır. Hər il Azərbaycan bu Forumda dövlət başçısı səviyyəsində təmsil olunur. Azərbaycan Prezidentinin Davos Forumunda iştiraki, bu  tədbirdə keçirdiyi görüşlər ölkəmiz üçün çox önəmlidir. Azərbaycan reallıqlarının həm bu yüksək tribunadan səsləndirilməsi, həm də müasir çağırışlara Azərbaycan Prezidentinin yanaşması ölkəmizin imicinə müsbət təsir edir.  

Bu günlərdə keçirilən növbəti Forumda iştirak edən cənab Prezident İlham Əliyev bütün görüşlərində, müsahibə və çıxışlarında Azərbaycanın dünya iqtisadiyyatında, enerji təhlükəsizliyində oynadığı roldan bəhs etmiş və regionda olan mövcud reallıqları səsləndirmişdir.  

“Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında moderatorun suallarını cavablandıran ölkə başçısı Orta Dəhliz layihəsində Azərbaycanın yeri və rolu barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu dəhliz ilk növbədə Azərbaycanın iqtisadiyyatına müsbət təsir edəcək və ölkəmiz xidmət ixracına başlamaqla iqtisadiyyatının şaxələndiriməsinə nail olacaqdır.  

Mövcud beynəlxalq vəziyyətə görə Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini qeyd edən ölkə başçısı bildirmişdir: “biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmaması nöqteyi-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik.”

Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmağın vacibliyini qeyd edən cənab Prezident  Ələt Azad İqtisadi Zonasının tezliklə fəaliyyətə başlayacağının anonsunu verməklə şirkətlərin investisiya yatırmaq imkanlarının daha da artacağına işarə vurmuşdur.  Bütün bunlar onu göstərir ki, ölkə başçısı bütün imkanlardan, Azərbaycanın geosiyasi və coğrafi baxımdan üstün mövqeyindən istiafadə edərək yeni layihələrin icrasına sərmayə qoymağın əhəmiyyətli olduğunu bilir və bu sahədə gərgin iş aparır. Qərb və şərq arasında körpü rolu oynayan Orta Dəhliz layihəsinin reallaşdırılması işində ölkə başçısının apardığı işlər təqdirəlayiqdir. Bu layihənin gerçəkləşməsi ilə uzaq Çindən Avropaya yük daşınması tranizt ölkə kimi Azərbaycana bir çox üstünlüklər qazandırmaqla bərabər ölkə iqtisadiyyatına müsbət təsir edəcəkdir.

Təbiidir ki, belə layihələrin daha əlverişli olması ilk növbədə layihənin reallaşdığı ölkələr arasında yaxşı münasibətlərin olması da başlıca şərtlərdən biridir. Bu mənada Azərbaycanın Gürcüstan və Türkiyə ilə münasibətləri örnək ola bilər. Yüksək səviyyədə qurulmuş münasibətlər sayəsində layihənin regional hissəsində işlərin sürəti və miqyası bunu bir daha sübut edir. Bu münasibətlərdə maraqların qorunması, qarşılıqlı etimad mühitinin yaradılmasına diqqət çəkən cənab Prezident qeyd etmişdir: “Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub.”

Bu gün Avropanın enerji təchizatında yaranan problemlərin həlli istər-istəməz Azərbaycana olan marağı artırıb. Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji təhdidinin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edən ölkəmiz bir sıra üstünlüklər qazanıb. İlk növbədə ölkə başçısının çevik və düşünülmüş siyasəti, etibarlı və sözünün sahibi imici qazanması bu mövqenin daha da güclənməsinə səbəb olub. Cənab Prezidentin vaxtilə dediyi “Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq”-kəlamı artıq reallaşıb.  Dövlətimizin başçısı bölgəmizdə və dünyada daha bir reallıq yaradaraq, böyük güclərin artıq Azərbaycanla hesablaşmalı olduğu güclü dövlət modelini ortaya qoyub.

Ötən 20  ildə əsası “Əsrin müqaviləsi” ilə qoyulan enerji strategiyası uğurla davam etdirilib. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri tam reallaşdırılıb, Azərbaycan dünyanın enerji təhlükəsizliyində rol oynayan əsas aktorlarından birinə çevrilib. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi transmilli layihələr bunun bariz nümunəsidir. Bu gün artıq Azərbaycan yaşıl enerji istehsalçısına çevrilmək üçün ciddi layihələrə imza atır. Bu möhtəşəm irəliləyişləri  Forumun tribunasından dünyaya bəyan edən cənab İlham Əliyevin “Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Baş nazir qeyd etdiyi kimi, keçən ilin dekabrında biz Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzaladıq və bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Hazır olduqdan sonra biz maliyyələşmənin strukturu barədə düşünəcəyik və əlbəttə ki, Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq”-  deyə verdiyi mesaj çox böyük idealların reallığa çevrilməsindən xəbər verir.

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31