“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
02.02.2023 [16:10]
2023-cü il 2 fevral tarixdə laçınlı köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş təqvim planına uyğun olaraq, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi, YAP Laçın rayon təşkilatının fəalları və çoxsaylı rayon gəncləri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü və Taxta körpü qəsəbəsində, əbədi məşəlin alovlandığı Şəhidlərin Xatirə Kompleksini ehtiramla ziyarət etmiş, hər iki abidə önünə tər qərənfillər düzmüşlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi və azad olunması zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunmuşdur.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2 Fevral - Gənclər Günü münasibəti ilə bütün laçınlı gəncləri təbrik edərək, onlara bütün işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer tutduğunu qeyd etməklə, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar.
Xüsusilə qeyd olunmuşdur ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması zamanı 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Fəxarət hissi ilə vurğulanmışdır ki, ölkə Prezidenti İlham Əliyevin gənclərə müraciətində qeyd etdiyi “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Məndə Sizə arxalanıram” ifadəsi ölkə gəncləri ilə yanaşı laçınlı gənclər tərəfindən də dərin razılıq və sevinclə qarşılanır. Hər zaman olduğu kimi bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunan Laçın gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı müdrik siyasi fəaliyyətini birmənalı dəstəkləyirlər.
Tədbirdə Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzə ətrafında çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinn hər zaman xüsusi yer tuturduğunu qeyd edərək, yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi üçün gənclərlə bağlı ölkəmizdə silsilə addımlar atıldığını vurğulamışdır.
Tədbirdə çıxış edən gənclər onlara dövlət səviyyəsində olan inam və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, daim Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, dövlət başçısı ətrafında sıx birləşərək üzərlərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirəcəklərini bildirdilər.
Tədbirin sonunda bir qrup laçınlı fəal gəncə Laçın Rayon İcra Hakimiyyətinin və Laçın Rayon Gənclər və İdman İdarəsinin fəxri Fərmanı, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Təqdirəlayiq haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, gələcək nəsillərdə bu zəngin xəzinədən sevə -sevə bəhrələnəcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50

