Xalqımızın ümumbəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirən bayram
17.03.2023 [16:24]
Xalqımızın özünə xas zəngin tarixi, milli adət - ənənələri var. Bunlardan biri də dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı olan – Novruz bayramıdır. Bu bayram təkcə Azərbaycanda deyil, bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Azərbaycanın Birinci vitse – prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban Əliyevanın təşəbbüsü və böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri – Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Artıq üçüncü ildir ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. Ulu Öndər Heydər Əliyev hələ illər öncə, torpaqlarımız işğal altında olanda böyük uzaqgörənlik və müdrikliklə vurğulamışdır ki: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bəli, bu gün Ulu Öndərimizin ilahi arzuları həyata keçir, onun ideyaları yaşayır və qalib gəlir. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev həm də, 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi.
Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır.
Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramında həm də təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır.
“Papaq atmaq”, “tonqaldan tullanmaq”, “qulaq falı”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” kimi qədim və məşhur adətlər ancaq və ancaq xalqımıza xas olan adətlərdir, xüsusiyyətlərdir.
Xalqımızın qədim adət - ənənələrini, zəngin tarixini, folklorunu əks etdirən, məşhur pəhləvanların, kəndirbazların məharətini, gücünü nümayiş etdirən, baharın simvolu olan Kosa və Keçəlin iştirakı ilə komik tamaşalardan bəhs edən Novruz bayramı haqqında bir çox filmlər də çəkilmişdir.
Hər il milli, əziz bayramımız olan Novruz bayramı ərəfəsində dünyanın hər yerindən bu bayramı qeyd etmək, canlı şəkildə izləmək üçün respublikamıza minlərlə qonaqlar, turistlər gəlir. Onlar böyük ruh yüksəkliyi ilə bayram tədbirlərində iştirak edir, milli mətbəximizlə tanış olur, milli şirniyyatlarımıza qonaq edilir, bununla da müdrik xalqımızın necə də zəngin tarixə, folklora malik olmasını, dünyada ən sülhsevər, qonaqpərvər, tolerant bir xalq olduğunun bir daha əyani şahidi olurlar.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48

