Möhkəm təməl uğurların başlanğıcıdır
06.04.2023 [12:58]
Müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq ulu öndər Heydər Əliyevin xidmətlərinin böyüklüyünü görür və bundan böyük qürur hissi keçiririk. Tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2016-cı il Aprel döyüşlərindən 7 il keçdi. Azərbaycan Ordusunun tariximizə yazdığı hər bir uğur səhifəsi keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Qazanılan hər bir uğur böyük qətiyyətin, səylərin nəticəsidir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yaşadığı uğursuzluqlar yaddaşlardadır. Həmin illərdə torpaqlarımızın biri-birinin ardınca işğalı həmin dövrün iqtidarının yarıtmaz siyasətinin nəticə olaraq nizami ordunun olmadığının göstəricisi idi. Silahlı Qüvvələr torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə davamlı uğurlara yol açıldı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində iqtisadi qüdrətimizin möhkəmlənməsi digər sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirdi. Nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəf borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə- ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.” Ümummilli Lider, eyni zamanda, qeyd edirdi ki, ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatlara, yeniliklərə əsaslanan siyasətinin əsas istiqamətlərindən biri məhz orduya diqqət və qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik, milli ruhda tərbiyəsidir. Uğurlarımızın zirvəsində dayanan 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu məqamlara işıq saldı. Azərbaycan əsgəri torpaq, Vətən sevgisini dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə cavablandıraraq təsdiqlədi. Rəşadətli Ordumuz dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq, ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük, maraq doğurmasıdır. Vətən müharibəsində tarixi Zəfərimiz bir daha dünyaya sübut etdi ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17

