Beynəlxalq müstəvidə qarşılıqlı dəstək
14.04.2023 [17:37]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri
Azərbaycan və Qazaxıstan arasında münasibətlər çox qədim tarixə malikdir. Bu gün Qazaxıstanda yüzminlərlə soydaşımız yaşayır. Təkcə bu məqam Qazaxıstanın bizim üçün necə önəmli bir ölkə olduğunu göstərir. Təbii olaraq da ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizin üzv olduqları təşkilatlarda bir-birini dəstəkləməsi uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Xüsusilə qeyd etmək yerinə düşər ki, Qazaxıstan dövləti və xalqı birinci və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi isə dostluğumuzun daha bir nümunəsidir.
Bundan əlavə Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. Çinin "Orta Dəhliz” layihəsi Qazaxıstan və Azərbaycandan keçməklə çox perspektivi olan bir layihəyə çevriləcək. Əsas məsələ Azərbaycan-Qazaxıstan-Çin arasında birgə əməkdaşlığın güclənməsi, birgə layihələrin həyata keçirilməsi, yükdaşımaların həcminin artırılması kimi mühüm məsələlərin müzakirə olunmasıdır. Bu layihənin digər bir halqası da Şərqi Zəngəzur dəhlizidir. Əminliklə qeyd etmək olar ki, İlham Əliyevin səfəri zamanı aparılan müzakirələr yeni dəhlizlərin inkişafına, daha da güclənməsinə öz töhvəsini verəcək. Səfər zamanı Azərbaycan və Qazaxıstan Respublikaları arasında əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən digər sənədlərin də imzalanması onu göstərir ki, qarşıdakı illərdə ölkələrimizin münasibətləri daha da möhkəmlənəcəkdir.
Qazaxıstan Prezidenti Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında qeyd edib ki, bu il oktyabrın ortalarında Qazaxıstanda Zirvə görüşü təşkil olunacaq və biz, əlbəttə ki, bu çox mühüm forumda Sizin şəxsən iştirakınızı səbirsizliklə gözləyirik. Azərbaycan Prezidentinin bu forumda iştirakı istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olacaq. Ümumiyyətlə, bu səfər və Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin fikirləri hər iki ölkənin 2022-2026-cı illəri əhatə edən əməkdaşlıq istiqamətlərinin və yeni inkişaf konsepsiyasının mühüm tezisləri kimi qəbul olunur.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

