Azərbaycanın gələcək inkişafına hədəflənən mesajlar
25.04.2023 [16:04]
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən başlayaraq uğurla icra olunan dövlət proqramları əhalinin rifahının yüksəlməsinə, biznes və investisiya mühitinin yaxşılaşmasına və s. yeni imkanlar açıb. 2004-2008, 2009-2013 və 2014—2018-ci illər üzrə dövlət proqramları, eləcə də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkəmizdə sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib.
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi kimi, "Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir."
Əlbəttə ki, Prezident İlham Əliyevin bölgələrə səfəri və səfər çərçivəsində görülən işlərlə yerində tanışlıq və lazımi tapşırıqların verilməsi görülən işlərin keyfiyyətli və sürətlə yerinə yetirilməsinə böyük təkandır.
Sözsüz ki, uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkəmizin əsas inkişaf göstəriciləridir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə uğurlu daxili və xarici siyasəti, müasir yanaşmalar, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində yeni nailiyyətlərin qazanılmasında müstəsna rol oynayıb.
Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfərləri zamanı yeni obyektlərin açılışı görülən işlənin təzahürüdür. "Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr – bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir."- deyə Prezident bildirib.
Dövlət başçısının rəhbərliyi ilə regionlarda davamlı olaraq reallaşan tədbirlər davamlıdır. Eyni zamanda, sayca 25-ci mərkəz olan "ASAN xidmət" mərkəzinin Salyanda açılışı ölkəmizin inkşaf göstəricilərindəndir. Bildiyimiz kimi, "ASAN xidmət" mərkəzləri Azərbaycanda innovativ islahatlar sahəsində əsl yenilik oldu. İnformasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə, fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa, şəffaflığı təmin etməyə, bürokratik əngəlləri, mümkün korrupsiya və bu qəbildən olan digər mənfi halları aradan qaldırmağa imkan verib.
Dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət" vətəndaş məmnunluğuna səbəb olub. Prezident müsahibəsində "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərin əhali tərəfindən rəğbətlə qarşılandığını və bəyənmə əmsalının 99,8 faiz olduğunu, Azərbaycanın ASAN modelini bir neçə ölkəyə tətbiq etdiyini bildirib: "Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, "ASAN xidmət" bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik".
Dövlət başçısı müsahibəsində işğaldan azad olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri ilə bağlı görülən işlərə də diqqət çəkib və bu işlərin planlı şəkildə həyata keçirildiyni qeyd edib. "Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir" - deyən Prezident bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Artıq qısa bir zaman kəsiyində sürətlə aparılan abadlıq-quruculuq işləri çərçiəvəsində əzəli torpaqlarımıza qayıdış başlayıb. Ağalı və Talış kəndləri əzəli sakinlərinin bir qismini qoynuna alıb. "Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq", - deyə Prezident qeyd edib. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri, infrastruktur layihələri uğurla davam etdirilir. Bunun nəticəsidir ki, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində də abadlıq quruculuq işləri həyata keçirilir. Dövlət başçının qeyd etdiyi kimi, həmin kəndlərə də bu ilin ilin sonuna qədər keçmiş köçkünlər qaytarılacaq.
Əlbəttə ki, bu və digər işlərin icrasının uğurla həyat keçirilməsinə Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı imkan verir və bunu bütün dünya görür.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

