Heydər Əliyev siyasəti Azərbaycanın qələbələrinin əsasını təşkil edir
16.05.2023 [14:28]
Dünya təcrübəsindən də bəlli olduğu kimi, zəngin enerji resurslarına malik olmaqla yanaşı bu zəngin resurslardan istifadə də mühüm şərtdir. Əsas məqam enerji siyasətini düzgün formalaşdırmaqdan, milli maraqları və geosiyasi amilləri məharətlə uzlaşdırmaqdan, investisiya qoyuluşu üçün münbit şərait yaratmaqdan və əlbəttə ki, neft gəlirlərini strateji sahələrə yönəltməklə səmərəli şəkildə idarə etməkdən ibarətdir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev Özünün müdrikliyi, zəngin siyasi təcrübəsi, milli təəssübkeşliyi sayəsində bütün bu kimi zəruri şərtləri təmin etməyə nail oldu. Məlumdur ki, başlanğıcda yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. Buna görə də ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar. Lakin Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində bütün bədxah ssenarilər puç oldu və müstəqil Azərbaycanın gələcək inkişafına hesablanan yeni neft strategiyasının möhkəm təməli qoyuldu. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə- «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın milli inkişaf yolunun ilk konsepsiyasına çevrildi. Bu müqavilənin imzalanması ölkəyə investisiya axınını təmin etməklə yanaşı, xarici sərmayənin çoxşaxəliliyini şərtləndirdi. Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasi kurs Azərbaycanın investisiya üçün münbit bir ölkə olmasını, təhlükəsizliyin və tolerantlığın hökm sürdüyü dövlətimizin sərmayə yatırmağa can atan ölkə və şirkətlərə bütün imkanları yaratdığını təbliğ etdi. Beləliklə bu müqavilə Azərbaycan iqtisadiyyatının qısa zaman kəsiyində dirçəlməsini, ölkəmizin qarşısında duran prioritetləri həll etməsini şərtləndirdi. Ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının şah əsəri sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi bu gün qlobal proseslərin ən əhəmiyyətli tərəflərindən biri kimi Azərbaycanın dünya üçün əhəmiyyətini daha da artırır. Hələ həmin qanlı-qadalı illərdə Ümummilli Lider daim vurğulayırdı ki, Bakı-Tbilisi-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Təcrübə Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. İndi Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, "Yeni İpək Yolu" layihəsində aktiv iştirakçıdır. Bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Tək bir faktı qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan layihəsi öz ardından Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi regionun inkişafında xüsusi yerə malik olan layihələrin ərsəyə gəlməsinə vəsilə oldu.
Bu gün böyük uğurlara imza atan Azərbaycan mühüm regional aktora çevrilib. 44 günlük Vətən müharibəsində qazanalına Zəfər cənubi Qafqaza yeni siyasi, iqtisadi reallıqlar gətirib. Bu reallıqlar Azərbaycan dövləti tərəifndən formalaşdırılır. Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin apardığı siyasi kurs sabitliyə, tərəqqiyə, quruculuğa, inkişafa və əməkdaşlığa hədəfənib. Şərqi Zəngəzuru və Qarabağı düşmən tapdağından azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Bu qələbənin əldə olunması üçün isə mühüm strateji yol qət edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğur həm də dünyadakı anti-Azərbaycan qruplarına, bədxahlarımıza cavab oldu. Cənab Prezidentin qeyd etdiyi kimi, “Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz".
İsmayıl İbrahimov
YAP Hacıqabul rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

