Litva-Azərbaycan münasibətləri yeni mərhələdə
26.05.2023 [14:36]
Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 22-də Litvaya rəsmi səfər etmişdir. Səfər zamanı dövlət başçımızın Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə əvvəlcə məhdud, sonra geniş tərkibdə görüşü keçirilmiş, daha sonra hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olmuşdur. Prezident İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilmişdir. Həmçinin səfər çərçivəsində dövlət başçımızın Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü baş tutmuşdur. Göründüyü kimi Prezident İlham Əliyevin Litvaya rəsmi səfərinin də zəngin proqramı olmuşdur.
Bu gün Azərbaycan və Litva arasındakı münasibətlər yüksək səviyyədədir. Cənab İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, imzalanmış əməkdaşlıq sənədləri, mətbuata verdiyi bəyanat deməyə əsas verir ki, iki ölkə arasında mövcud olan münasibətlər yeni mərhələyə qədəm qoyur.
Dövlətimizin başçısı bütün rəsmi səfərlərindəkı çıxışlarında olduğu kimi Litvada da mətbuata verdiyi bəyanatında bir daha Azərbaycan həqiqətlərini, mövcud reallıqları diqqətə çatdırdı. Prezident İlham Əliyev 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın 20 % ərzisini işğal altında saxladığını, bunun nəticəsində bir milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşdüyünü , işğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdıldığını qeyd edib. Ölkə başçısı bütün bunlara baxmayaraq Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcəyini , sülh anlaşmasının imzalanmasının qaçılmaz olduğunu və Azərbaycanın bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərdiyini bildirib.
Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıqlarını söyləyən Prezident İlham Əliyev bu istiqamətdə də işin demək olar, paralel şəkildə getdiyini, həm Litva, həm Azərbaycan bu sahəyə çox böyük diqqət göstərdiyini və yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacağını bildirdi.
Azərbaycan və Litva arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür deyən dövlətimizin başçısı bura ənənəvi enerji layihələri o cümlədən, bərpaolunan enerji sahəsi daxil olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda enerji təhlükəsizliyi mövcud olduğunu, lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətində olduğunu vurğuladı.
Prezident İlham Əliyevin Litva səfəri, səfər zamanı müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşdırlar. Əminliklə demək olar ki, ölkə başçısının bu səfərindən sonra iki ölkə arasında mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək
Beləliklə, Prezident İlham Əliyevin Azərbaycan Avropa İttifaqı əməkdaşlığı təşviqinə fəal töhfə verən Litva səfəri həm siyasi, həm də iqtisadi baxımdan mühüm hadisələrlə, eyni zamanda dövlət başçımızın Litva səfəri, keçirdiyi görüşlər, imzalanan sənədlər Azərbaycanın növbəti uğuru kimi yadda qaldı.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38

