15 İyun – Azərbaycanın müstəqilliyinin müqəddəratının həll olunduğu tarixdir
13.06.2023 [11:28]
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa müddət sonra onun itirilməsi təhlükəsi yaranmış, hətta ölkə vətəndaş müharibəsinin bir addımlığına gəlib çatmışdı. Belə bir vəziyyətdə xalq üzləşdiyi faciələrdən xilas yolunu məhz güclü bir liderin ona rəhbərlik etməsində görürdü. Xalqımızın tarixi üçün çətin olan belə bir taleyüklü məqamda Azərbaycan dövlətini, dövlətçiliyimizi məhv olmaqdan xilas etmək üçün Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. Ümummilli Lider dərhal Gəncəyə yola düşdü, vəziyyətlə yerində tanış oldu, müxtəlif dairələrə bağlı olan qüvvələrin manevr imkanlarını nəzərə alaraq əhalini sabitliyə dəvət etdi. Bununla da Azərbaycanda çox böyük bir faciənin qarşısı alındı. Qısa müddətdən sonra – 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi, bununla da dahi şəxsiyyət ona bəslənilən ümidləri doğrultmaq və ölkəni xilas etmək üçün böyük məsuliyyət tələb edən Azərbaycan xalqının qurtuluş missiyasını öz üzərinə götürdü.
Azərbaycanın müstəqilliyinin qarantına çevrilən Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 3 oktyabr tarixində xalqın böyük əksəriyyətinin dəstəyi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan dərhal sonra ordu quruculuğunda mühüm addımlar atıldı. Cəbhədə genişmiqyaslı əks-hücum və Füzuli rayonu istiqamətində torpaqların geri qaytarılması düşməni atəşkəsə məcbur etdi. Ölkədə mövcud olan problemlərin həll olunması istiqamətində əməli işlərə start verildi. Siyasi vəziyyət stabilləşdi, iqtisadiyyatın dirçəldilməsi üçün bir sıra irimiqyaslı layihələrin icrasına başlandı. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
Ümummilli Liderin ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşması oldu. Ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində mühüm addımlar atıldı.
Ümummilli Lider Heydər Əliyev bütün bunlarla kifayətlənməmiş, xalqın gələcəyini düşünmüş, müdrik siyasətini davam etdirərək, xalqın mənafeyini qorumaq kimi şərəfli və məsuliyyətli vəzifəni öz üzərinə götürərək öz layiqli davamçısını, yeni liderimizi yetişdirmişdi. Belə ki, bu gün Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başlatdığı nəhəng işlər, möhtəşəm layihələr, daxili sabitliyin, siyasi həmrəyliyin və milli birliyin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının yüksəldilməsi Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət nəticəsində ölkəmiz regionda lider dövlətlərdən birinə çevrilmişdir. Belə ki, artıq Azərbaycanın iştirakı olmadan bölgədə heç bir beynəlxalq layihənin icrasından söhbət gedə bilməz.
Qeyd etmək lazımdır ki, Azərbaycanda ordu quruculuğunda Ulu Öndər Heydər Əliyevin tərəfindən qoyulmuş siyasət uğurla davam etdirilmiş, nəinki regionda, hətta inkişaf etmiş ölkələrin silahlı qüvvələri ilə bir sırada dayana bilən Azərbaycan Ordusu 2020-ci ildə sözün əsl mənasında tarixi qələbə əldə etmişdir. Azərbaycan əsgəri bəşər tarixində rast gəlinməmiş döyüş nümunələri göstərərək, 30 ilə yaxın işğal altında qalan torpaqları cəmi 44 gün ərzində azad edərək, bir neçə ermənipərəst dövlətin yardım etdiyi, arxa durduğu erməni ordusunu tamamilə məhv etmişdir. İşğal altında olan Vətən torpaqlarının böyük bir hissəsi işğaldan azad edildikdən sonra düşmənin təslim olmaqdan başqa çarəsi qalmamış, digər əraziləri döyüşsüz təhvil verməyə məcbur qalmışdır.
Birmənalı şəkildə demək olar ki, 2020-ci ilin noyabrında əldə edilən möhtəşəm qələbinin əsası məhz 15 iyun – Qurtuluş Günü qoyulmuşdur. Ona görə də xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür. Bu tarixi günün qəhrəmanı isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində müstəsna rol oynayan, dövlətçiliyimizin inkişafının sarsılmaz təməllərini qoyan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.
Beləliklə, artıq 30-cu ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü xalqımızın şanlı tarixlərindən biri və müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir, desək, yanılmarıq. Ona görə ki, 15 İyun – Azərbaycanın müstəqilliyinin, xalqın xilasının, dövlətçiliyimizin müqəddəratının həll olunduğu tarixi bir gündür.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

