Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müstəqil Azərbaycanın memarı

Müstəqil Azərbaycanın memarı

22.06.2023 [11:17]

Şəmkirdə gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

YAP Şəmkir rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Şəmkir Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib. Diqqətə çatdırılıb ki, Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən müstəsna işlər görmüşdür. Bildirilib ki, Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq milli məqsədləri və strateji hədəfləri gerçəkləşdirməkdədir.

Sonda xatirə fotosu çəkdirilib.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31