Dost-qardaş ölkələr
22.06.2023 [11:26]
Azərbaycan-Pakistan beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinə qarşılıqlı dəstək verib, həm xoş, həm də ağır günlərdə bir birinin yanında olublar. Azərbaycan Pakistanı Kəşmir məsələsində, Pakistan da Azərbaycanı Qarabağ məsələsində hər zaman dəstəkləyib.Pakistan Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və strateji maraqlarını müdafiə etmişdir. Rəsmi İslamabad Ermənistanı indiyə qədər süveren dövlət kimi tanımır.
Azərbaycanın dövlət müstəqilliyini Pakistan 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əməkdaşlığın başlanğıcı 1992-ci ilə təsadüf edir. Pakistanın Azərbaycanda səfirliyi 1993-cü ildə, Pakistanda Azərbaycanın daimi nümayəndəliyi isə 1997-ci ildə təsis edilmişdir.
1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın istək, arzu və təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıtması ilə Azərbaycan və Pakistan arasında qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. 1996-cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində 9 mühüm sənəd imzalanmışdır.
Bu gün Azərbaycan və Pakistan arasında siyasi münasibətlər və sıx əlaqələr xalqlarımız arasında dostluq münasibətləri ən yüksək səviyyədədir.
Bildiyimiz kimi iyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək, sonra geniş tərkibli görüşləri olub. Daha sonra dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanma mərasimini baş tutub. Mərasimdən sonra Liderlər mətbuata bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev bəyanatında Pakistan və Azərbaycan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu vurğuladı. Dövlət başçımız işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana güclü dəstək verdiyinə görə minnətdarlığını bildirdi.
Məlum olduğu kimi, 200 milyonluq Pakistan xalqı 2016-cı ilin aprel döyüşləri zamanı və daha sonra 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir. Dövlətimizin başçısı öz nitqində bir nümunə ilə bu iki ölkə arasındakı münasibətlərin dəyərini belə ifadə etmişdir: “Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərlərinin fikirlərini bölüşürlər və Bakının müxtəlif yerlərində Pakistanın bayrağını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır”.
Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini xatırladan Prezident İlham Əliyev qeyd edib ki, bu dəstək davam edəcəkdir.
Dövlət başçımız çıxışında Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdə müzakirə olunan məsələlərə və gələcək planlara toxunaraq qeyd etdi ki, Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.
Cənab Prezident çıxışında iki ölkə arasında ticarətin həcmini artırmaq üçün daha ciddi səylər göstərmək, bu istiqamətdə anlaşma memorandumunu imzalmaq, eyni zamanda şəhərlərimiz arasında uçuşların sayını artırılması barədə razılıq əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev enerji sahəsində, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində böyük perspektivlər olduğunu bildirdi.
Təhsil sahəsində də böyük potensial olduğunu qeyd edən dövlət başçımız Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil aldığını və daha çox pakistanlı qardaşlarımızı Azərbaycanda görmək istəyini diqqətə çatdırdı.
Azərbaycanla Pakistan arasında mövcud dostluq, qardaşlıq əlaqələri möhkəm təməl üzərində qurulmuşdur və əminliklə demək olar ki, hər zaman yüksək səviyyədə olan Pakistan-Azərbaycan münasibətləri bu rəsmi səfərdən sonra yeni mərhələyə qədər qoyacaq.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

