Bu torpaqlarda əbədi olaraq firəvan yaşayacağıq!
06.10.2023 [15:21]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, Yap Gəncə şəhər təşkilatının sədri
Müstəqil Azərbaycanı şanlı Zəfərə aparan hər gün, hər saat Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi.
44 günlük Vətən müharibəsindən sonra möhtəşəm zəfərimizin əbədiləşdirilməsi, bu istiqamətində atılan addmlar hər zaman xalqımız tərəfindən böyük razılıqda qarşılanıb. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 26 avqust – Laçın şəhəri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunması hər birimizin böyük sevincinə səbəb olub.
Ali Baş Komandanımızın, Qalib Sərkərdəmizin mənəvi və rəmzi məna daşıyan tarixi Sərəncamına əsasən artıq xalqımız bu qəhrəman şəhərlərin işğaldan azad olunma günlərini ruh yüksəkliyi ilə qeyd edir. Oktyabrın 4-də Cəbrayılın Şəhəri Günü də böyük coşğu və təntənə ilə qeyd olundu.
Ölkəmizin tarixinə qızıl hərflərlə yazıln 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra qalib Azərbaycan dövləti vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımızı, o cümlədən Cəbrayılı sürətlə dirçəltməyə başladı. Haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində düşmənin mina tarlasına çevirdiyi torpaqlar kimi Cəbrayıl da bərpa edilir. Üçrəngli bayrağımızın qürurla dalğalandırıldığı torpaqlar yenidən cənnətə çevrilir.
Möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Füzuli, Xocavənd, Qubadlı, Ağdam, Zəngilan rayonlarında, Qarabağın incisi Şuşa şəhərində, heç bir itki vermədən, güllə atılmadan azadlığına qovuşan Kəlbəcər və Laçınla yanaşı Cəbrayıl rayonunda da soydaşlarımızın öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər. Artıq Ali Baş Komandanın qeyd etdiyi o gün reallığa çevrilib.Ölkə Prezidentimizin rəhbərliyi ilə Azərbaycan xalqı cəmi 44 günə işğaldan azad edilən torpaqlarımıza, yurd yerlərimizə yenidən həyatı qaytarırlar.
Dünyanın gözü qarşısında düşmənin viran qoyduğu, xarabalığa çevirdiyi torpaqlar gülüstana çevrilir, Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri dədə-baba yurdundan didərgin düşən yüz minlərlə soydaşımışı doğma ocağına daha da yaxınlaşdırır. Sevindirici haldır ki, işğaldan azad edilən şəhərlərimiz beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir.
Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həyat qayıdır. Aprel döyüşləri nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.
Bəli, “Böyük Qayıdış”ımız məhz Cəbrayıldan, Cocuq Mərcanlı kəndindən başldı. Ölkə Prezidentimiz, Ali Baş Komandan dahi siyasətinin nəticəsində illərlə düşmən işğalında qalan torpaqlarımız gülə-gülüstana çevrilir, hər bir azərbaycanlının ürəyini dağa döndərir, ən əsası şəhidlərimizin ruhu şad edilir.
Qəhrəman Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində işğal altında qalan tarixi, əzəli-əbədi torpaqları azad edildiyi kimi, indi də eyni coşqu ilə həmin yurd yerləri çənnətə çevrilir. Çünki, soydaşlarımız bu torpaqlarda əbədi olaraq firəvan yaşayacaqlar!
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

