/ / Ümummilli lider Heydər Əliyev Pakistanla-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfə verib
Ümummilli lider Heydər Əliyev Pakistanla-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfə verib
17.10.2023 [12:29]
Anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Həyatının böyük hissəsini Azərbaycanın inkişafına həsr edən xalqımızın əvəzolunmaz Lideri Heydər Əliyev, Azərbaycan dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsini yaratmış böyük siyasətçi və tarixi şəxsiyyətdir. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq arenada daha nüfuzlu və tanınmış bir ölkəyə çevirilmişdir.
Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlərlərə hər zaman xüsusi önəm verirdi. Bu münasibətlər sistemində dost ölkə Pakistan ilə münasibətlər xüsusilə seçilirdi.
Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. İki ölkə arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Güclü iqtisadiyyata və hərbi potensiala malik olan Pakistan ilə dostluq və tərəfdaşlıq münasibətlərimiz gündən-günə inkişaf edir. Dostluq və əməkdaşlıq isə tarix boyu həmişə sülhə, tərəqqiyə və hərtərəfli inkişafa stimul yaradıb.
Pakistan Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr sonrakı il iyunun 9-da qurulmuşdur. Əvvəlcə Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır.
Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Görkəmli dövlət xadimi iki ölkə arasında olan münasibətləri belə səciyyələndirirdi: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub". Pakistan İslam Respublikası islam dünyasının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir.
Ulu Öndərin 10 oktyabr 1995-ci ildə Pakistan Prezidenti Fərrux Əhməd xan Leqari ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündəki nitqində söylədiyi “Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur” fikirləri bu gün də öz real əksini tapır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Pakistan münasibətlərinin inkişafına böyük töhfələr vermişdir. Bu gün iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir. Dost və qardaş ölkə Pakistan ilə əlaqələrimizin yeni müstəviyə çıxması heç şübhəsiz, Qarabağ münaqişəsi ilə bağlıdır. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamış, onu bir dövlət kimi tanımamışdır. Qeyd etmək lazımdır ki, Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı faciəsini soyqırımı kimi tanıyaraq ölkəmizlə həmrəyliyini bir daha sübut etmişdir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə yaddaqalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistanın bayrağının dalğalanması da ikitərəfli əlaqələrin nə səviyyədə olduğunu bariz şəkildə göstərir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

