Türk Dövlətləri Təşkilatının nüfuzu daha da artır
13.11.2023 [10:48]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə Görüşü bir daha onu göstərdi ki, türk dövlətlərinin milli-mənəvi birliyə söykənərək əlaqələri yüksələn xətlə inkişaf edir. Türk dövlətləri arasında münasibətlərin daha da inkişafı baxımından mühüm siyasi hadisəyə çevrilən 10-cu yubiley Zirvə Görüşü türk dövlətləri arasında qardaşlığın sarsılmazlığının beynəlxalq icimaiyyətə yenidən nümayişi ilə yadda qaldı.
Zirvə Görüşü zamanı Türk dünyasında layiqli yer tutan Azərbaycanın qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən söz açılıb, böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə Azərbaycan xalqı bir daha səmimi-qəlbdən təbrik edilib.
Son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etməsini, qardaş dövlətlərin rəhbərlərinin də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər etməsini qeyd edən ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.
Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyəyə çatıb, uğurlu nəticələr əldə edilib. Azərbaycan da öz növbəsində Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib və Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Bu gün dünyada türkdilli xalqlar və onları təmsil edən dövlətlər sülhün və təhlükəsizlyin təmin olunması, sivilizasiyalararası dialoqun dərinləşməsi, beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə əhəmiyyətli töhfələr verirlər. Türkdilli dövlətlərin bir araya gəlməsi siyasi çoxqütblülük, iqtisadi, mədəni və informasiya proseslərinin qlobal inkişafı şəraitində xalqlarımızın mənafeyinin müdafiəsində, regionda sülhün möhkəmləndirməsində, təhlükəsizlik və sabitliyin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Zirvə görüşü zamanı Türkdilli ölkələrin birliyini və sarsılmaz ittifaqını bir daha nümayiş etdirən qəbul edilən qərarlar, müzakirələr türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni bir təkan verəcək.
Sözsüz ki, torpaqlarımızın düşmən əsarətindən azad olunması türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə Görüşü Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxSosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16

