Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

15.11.2023 [18:08]

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

2023-cü il noyabrın 15-də YAP Xızı rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Xızı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Sonda bir qrup partiya fəalına təşəkkürnamə təqdim olunub.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31