Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / "Ulu öndər Heydər Əliyevin sahibkarlığın inkişafına verdiyi töhfələr" mövzusunda dəyirmi masa keçirilib

"Ulu öndər Heydər Əliyevin sahibkarlığın inkişafına verdiyi töhfələr" mövzusunda dəyirmi masa keçirilib

01.12.2023 [12:58]

30 noyabr 2023-cü il tarixdə Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən “AĞDAĞ” Gips Zavodunda "Heydər Əliyev İli" çərçivəsində "Ulu öndər Heydər Əliyevin sahibkarlığın inkişafına verdiyi töhfələr" mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri, məşhur 91-lərdən biri olan Munis Bayramov, tanınmış iş adamı, “Mətanət-A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, texniki elmlər üzrə fəlsəfə doktoru Elxan Bəşirov, "Avanqard" MMC-nin baş direktoru Mustafa Güçlü "Mətanət-A"Şirkətlər Qrupunun İnvestisiyalar və İstehsal müəssisələri üzrə müşaviri, Ərazi Partiya Təşkilatının sədri Mais Qasımov və zavodun kollektivinin üzvləri iştirak etdilər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda döyüşlər zamanı canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildı və dahi rəhbərin həyatından bəhs edən videoçarx nümayiş etdirildi.

Sonra “Mətanət-A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, texniki elmlər üzrə fəlsəfə doktoru Elxan Bəşirov dəyirmi masanı açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin sayəsində və onun1993-cü il iyunun 15-də hakimiyyətə Qayıdışı ilə ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mənəvi sahələrdə olan böhran aradan qaldırıldı və hər bir sahədə olduğu kimi iqtisadi sahədə və özəl sahibkarlıq sahəsində də inkişaf başlandı. Bizim kollektivimiz üçün də unudulmaz və fərəhli anlar yaşandı. Belə ki, 2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müassir tipli gips zavodu olan AĞDAĞ” Gips Zavodu da Ümummilli lider Heydər Əliyevin xeyir-duası və şəxsən iştirakı ilə fəaliyyətə başladı.

Zavod 2007-ci ilin əvvəllərində tam gücü ilə məhsul istehsalına başladı. 2016-cı ilin yanvarın 30-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunda "Mətanət-A" şirkətinin “Yeni Ağdağ “ gips zavodunun açılışı oldu.

Sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli lider Heydər Əliyevin istər Sovetlər dövründə, istərsə də müstəqillik illərində həyata keçirdiyi nəhəng layihələrdən, onun müəllifi olduğu neft və qaz strategiyasından, azad sahibkarlıq mühiti və bazar iqtisadiyyatının formalaşması üçün qəbul etdiyi qərarlardan və gördüyü digər böyük işlərdən danışdı.

Məşhur 91-lərdən biri olan Munis Bayramov öz çıxışında ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışını zəruri edən səbəblərdən bəhs etdi. O bildirdi ki, 90-cı illərin əvvəllərində ölkəmizdə ictimai-siyasi sabitlik pozulmuşdu,

Vətəndaş müharibəsi başlamışdı, torpaqlarımız işğal olunurdu. Belə bir vaxtda biz-məşhur 91-lərin nümayəndələri Naxçıvana gedərək ulu öndərlə görüşdük və onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məsələləri müzakirə etdik. Xalq ümidsiz halda idi. Sonradan Ulu öndərin Bakıya gəlişi, həmin vaxtlar öx şəxsi həyatını risk altında qoyaraq Gəncəyə getməsi, sonra isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək hakimiyyətə qayıdışı ilə xalq və Azərbaycan dövlətini sözün əsl mənasında məhv olmaqdan xilas oldu.

Munis Bayramov Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı zamanı ölkəmizdə baş verən ictimai-siyasi prosesləri bir daha təhlil edərək o vaxt baş verən hadisələri xatırladıb və Azərbaycan xalqının nələrdən və kimlərdən, hansı bəlalardan xilas olduğunu, qurtulduğunu toplantı iştirakçılarına xatırladıb.

Sonra çıxış edənlər: "Avanqard" MMC-nin baş direktoru Mustafa Güçlü "Mətanət-A"Şirkətlər Qrupunun İnvestisiyalar və İstehsal müəssisələri üzrə müşaviri, Ərazi Partiya Təşkilatının sədri Mais Qasımov dəlil və sübutlarla bugünkü Azərbaycan Respublikasının inkişafında Heydər Əliyevin göstərdiyi misilsiz tarixi xidmətlərdən danışıblar. Onlar qeyd ediblər ki, əgər Azərbaycan xalqı müdriklik göstərib 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələb etməsəydi, bugünkü bütün qələbələr, o cümlədən də 44 Günlük Vətən müharibəsində qələbə əldə edilməyəcək, torpaqlarımız işğaldan azad edilməyəcəkdi.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib və xatirə şəkli çəkilib.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31