YAP üzvləri Azərbaycanın inkişafı prosesində fəal iştirak edirlər
24.04.2012 [01:49]
Aprelin 21-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov belə tədbirlərin ənənəvi olduğunu və bu cür tədbirlərdə müxtəlif məsələlərin geniş müzakirə edildiyini bildirib. Əli Əhmədov qeyd edib ki, Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna edilmiş dəyişikliklərlə əlaqədar olaraq YAP və onun yerli strukturları qarşısında ciddi vəzifələr dayanır. Onun sözlərinə görə, bu vəzifələr müzakirə olunmalı, qanuna edilmiş dəyişikliklərə uyğun fəaliyyət proqramı və strategiyası müəyyənləşdirilməlidir.
Əli Əhmədov deyib ki, ölkəmizdə iqtisadiyyatın inkişafı, sosial sahədə həyata keçirilən islahatlar, insanların rifahının yaxşılaşdırılması bütövlükdə Azərbaycandakı ictimai ab-havanı müəyyənləşdirir: “Bu mühitin əsas qayəsini də ictimai-siyasi sabitlik təşkil edir. İctimai-siyasi sabitlik Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara, sosial siyasətə, bütövlükdə dövlət siyasətinə və dövlət hakimiyyətinə münasibətinin bariz ifadəsidir. Sabitliyin digər əsası isə insanların öz güzəranından, həyatından razılığının ifadəsidir. Bu mənada hesab edirəm ki, ölkəmizdəki siyasət və bu siyasəti həyata keçirən Prezident İlham Əliyevə olan münasibət ictimai-siyasi sabitliyin başlıca qayəsini təşkil edir. Həqiqətən də, Azərbaycan vətəndaşları qəti şəkildə əmindirlər ki, ölkəmizdə həyata keçirilən siyasət tamamilə xalqımızın maraqlarına xidmət edir və dövlətimizin mənafeyinə uyğundur. Bu siyasət nəticəsində ardıcıl olaraq insanların rifahı yaxşılaşıb. Prezidentimizin dəfələrlə bildirdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasət insana xidmət etməlidir. Bu mənada Azərbaycanda Prezident İlham Əliyevin siyasətinin vətəndaşlara, bütövlükdə Azərbaycan cəmiyyətinə və xalqımızın maraqlarına xidmət etdiyini sübut etmək üçün faktları sadalamağa ehtiyac yoxdur. ölkəmizdə bütün sahələrin inkişafı daxili siyasətdə əldə olunmuş nailiyyətlərdir”.
YAP Sədrinin müavini bildirib ki, ölkəmizin qüdrətinin artması daxili siyasətdə olduğu kimi, Azərbaycanın dünya birliyində mövqelərini də gücləndirir. Onun sözlərinə görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropanın ən mötəbər musiqi müsabiqəsinin ölkəmizdə keçirilməsi hüququnun əldə edilməsi, ayrı-ayrı dövlətlərdə Azərbaycanı təbliğ edən genişmiqyaslı tədbirlərin keçirilməsi və digər amillər artıq ölkəmizin dünya birliyində özünə layiqli yer tutduğundan xəbər verir. Millət vəkili deyib ki, hər bir vətəndaş öz ölkəsinin həm daxili siyasətdə əldə etdiyi uğurlardan məmnunluğunu bildirir, həm də beynəlxalq müstəvidə qazanılan nailiyyətlər insanlarımızın milli ruhunu yüksəldir. Onun fikrincə, dünya birliyində Azərbaycanın mövqelərinin güclənməsi də ölkəmizdə ictimai-siyasi sabitliyin əhəmiyyətli əsaslarından biridir.
ölkəmizin qarşısında bundan sonra da böyük vəzifələrin dayandığını deyən Əli Əhmədov bildirib ki, bu vəzifələrin həyata keçirilməsində YAP yaxından iştirak edir və gələcəkdə də iştirak edəcək. “YAP-ın sıralarının sürətlə artması, hər il sıralarımıza 25-30 min nəfərin qoşulması Azərbaycan vətəndaşlarının ölkəmizdə həyata keçirilən Prezident siyasətinə münasibətinin digər bir bariz ifadəsidir. Əgər insanlar bu siyasəti dəstəkləməsəydilər və bu siyasətin faydasını görməsəydilər, hər il 25-30 min nəfər, xüsusilə, gənclər YAP-ın sıralarına qoşulmazdılar. 2011-ci ilin nəticələrinə görə, partiyamıza 25 min nəfərdən çox vətəndaş üzv olub. Bu fakt, həmin şəxslərin partiyamıza üzv olaraq ölkəmizdə həyata keçirilən siyasəti dəstəkləməklə yanaşı, bu siyasətin reallaşmasında yaxından iştirak etmək niyyətlərinin ortaya qoyulması deməkdir. Bu, sadə statistika deyil, çox ciddi ictimai-siyasi mövqedir. Güman edirəm ki, bu mövqe indiyə qədər davam etdiyi kimi, bundan sonra da davam edəcək. ölkəmizdəki nailiyyətlərin qazanılmasında vətəndaşların böyük əksəriyyəti, onların fəal, qabaqcıl hissəsi olan YAP üzvləri də iştirak edir. YAP üzvlərinin sayı 560 min nəfərə yaxınlaşıb və bu, böyük bir rəqəmdir. Güman edirəm ki, bir neçə ildən sonra YAP öz sıralarında 600 min nəfərin birləşəcəyi günü qeyd edəcək. Yəni partiyamız yaxın zamanlarda bu səviyyəyə gəlib çatacaq. Bu, Azərbaycan cəmiyyətinin YAP-ı dəstəkləməsi və onunla həmrəy olması deməkdir” - deyə YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov bildirib ki, qazanılan uğurlarda YAP-ın yerli strukturlarının da zəhməti var. Onun sözlərinə görə, bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın uğurlarının artması, regionun liderinə çevrilməsi, dövlət kimi güclənməsi, qarşımızda yeni perspektivlərin açılması dostlarımızı sevindirir: “Amma dostlarımız olduğu kimi, az sayda olsa da, uğurlarımıza sevinməyən, inkişafımızı istəməyən qüvvələr də var. Onlar dövlətimizin güclənməsindən təlaş keçirirlər. Bu qüvvələr müxtəlif vasitələrlə Azərbaycana qara yaxmağa, uğurlarımıza qarşı böhtanlar atmağa çalışırlar. Bu cəhdlər müxtəlif təşkilatların əsassız hesabatları, bəzi KİV-də yazılarla və digər formalarda özünü göstərir. Təəssüf ki, xarici qüvvələrin Azərbaycana qarşı apardığı pozuculuq, təxribatçı, qarayaxma kampaniyalarında ölkəmizdən olan bəzi partiyaların, təşkilatların təmsilçiləri yaxından iştirak edirlər. Xalqımızın qüruruna toxunan məqam ondan ibarətdir ki, düşmənlərimizin bizə qarşı apardığı anti-Azərbaycan kampaniyasında bəzi vətəndaşlarımız da iştirak edirlər. Radikal müxalifət partiyalarının apardığı pozuculuq kampaniyası, ölkəmizə qarşı aparılan işlərdə onların iştirakı buna misaldır. Avropanın nüfuzlu “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində həmin partiyalar təxribatçı kampaniyalar aparan qüvvələrlə birləşiblər. Bəlkə də, onlar bir mərkəzdən idarə olunaraq fəaliyyət göstərirlər. Azərbaycanda siyasi plüralizm, söz və mətbuat azadlığı mövcuddur. ölkəmizdə xeyli sayda siyasi partiyalar fəaliyyət göstərir və onların fəaliyyətinə indiyə qədər olduğu kimi, bundan sonra da problem olmayacaq. Belə bir şəraitdə aparılan kampaniyaların heç bir əsası yoxdur”.
Müşavirədə həmçinin, YAP-ın rayon və şəhər təşkilatlarının fəaliyyəti geniş təhlil olunub və qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələr verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

