Ağalar Bayramovla “Səsin sehri” adlı 70 illik yubiley tədbiri keçirilib
06.04.2024 [15:30]
5 aprel 2024-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, bədii qiraət ustası Ağalar Bayramovla “Səsin sehri” adlı 70 illik yubiley tədbiri keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov dəyərli sənətkarı anadan olmasının 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edərək, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzuladı. Natiq onun Azərbaycan mədəniyyətin inkişafındakı xidmətlərindən danışarkən qeyd etmişdir ki, Ağalar Bayramov təkcə səsiylə deyil, bütün qəlbilə, hərarətilə, xarakteri ilə Azərbaycan xalqının sevimlisinə çevrilmişdir. Onun sənət yolu çox zəngin və parlaqdır. Tanınmış qiraətçi mədəniyyətimizi, incəsənətimizi ölkəmizin hüdudlarından çox-çox uzaqlarda Avropada ölkələrində, Kanadada, Gürcüstanda, Qazaxıstanda, Rusiyada, İranda və digər ölkələrdə də layiqincə təmsil etmişdir. Vətən coşqusu ilə alışıb yanan qiraətçinin fəaliyyətinin başlıca məqsədi vətənpərvərlik hisslərinin insanlara çatdırılmasıdır. Harada çıxış etməsindən asılı olmayaraq, qüdrətli Azərbaycanın varlığını, keçdiyi keşməkeşli yolları, qazandığı uğurları, ölkəmizin hərbi qüdrətini, şanlı Zəfərimizi və milli dəyərlərimizi təbliğ edir. Əzəmətli səsi ilə dilimizin gözəlliyini və şirinliyini hər kəsə aşılayan Ağalar Bayramovun ifasında ölməz şairlərimizin şeirləri yeni rəng çalarları qazanır.
Sonra YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov yubilyarı təbrik edərək, ən xoş arzularını çatdırmışdır. Milli şeirimizin, poeziyamızın və ədəbi qiraətin bütün sirlərini öz tələbələri ilə bölüşən Ağalar Bayramov sənəti bundan sonra da bir məktəb olacaqdır. Ağalar Bayramov hər zaman öz torpağına və bayrağına bağlı insan olmuş xalqa, vətənə həsr olunmuş bir-birindən gözəl şerlər səsləndirərək millətimizin sevimli sənətkarı kimi hər zaman qəlblərdə taxt qurmuşdur. Natiq bildirmişdir ki, bədii qiraət ustası Ağalar Bayramovun milli həyəcanı, milli kədəri, Azərbaycan xalqının tarixindən gələn o genetik yaddaşından qopan misilsiz ədəbi gücü ekranlardan izləmişik, ona görə Ağalar müəllimlə hər bir canlı ünsiyyət ədəbiyyat üçün, layiqli vətəndaş üçün önəmli bir hadisədir. Natiq məmnunluq hissi ilə qeyd etdi ki, Ağalar müəllim həm də Ulu Öndər Heydər Əliyev ideyalarının və Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin fəal təbliğatçısıdır.
Çıxışdan sonra bədii qiraət ustası rayonun ictimai həyatında fəal iştirakına görə YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olundu.
Tədbirdə çıxış edən Ağalar Bayramov ona göstərilən isti münasibətə görə tədbirdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi. Dəyərli sənətkar yeniyetmə və gənclərin təlim-tərbiyəsində milli-mənəvi dəyərlərin rolunun böyük olduğunu, bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı. Dinləyiciləri qarşısında söylədiyi şeirlər ilə alqışlar qazanan Ağalar Bayramov görüş iştirakçılarının sevimli aktyora ünvanladığı çoxsaylı sualları da cavablandırdı.
Daha sonra tədbir bədii hissə ilə davam etdi.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

