Dünya kosmik ailəsinin etibarlı üzvü
26.04.2025 [11:15]
“Azərkosmos” regionda texnologiya habına çevrilməyi hədəfləyir
Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) qlobal kosmik sənaye cəmiyyətinə inteqrasiyanı dərinləşdirməkdədir. Agentliyin rəhbər vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, ölkəmizin kosmik sənayesində dayanıqlı inkişaf templəri regional alyansda mövqeyimizin möhkəmlənməsinə səbəb olur. “Azərkosmos” Mərkəzi Avrasiya da daxil olmaqla, regionda sürətlə inkişaf edən qlobal kosmos iqtisadiyyatına innovasiyalar təqdim etməklə və infrastrukturunu inkişaf etdirməklə öz strateji mövqeyini artırır. Qlobal kosmos sektoruna dərin transformasiya isə kosmos sahəsində beynəlxalq əməkdaşlığın daha da güclənməsinə imkan verir. Nəticədə Azərbaycanın kosmik sənayesinin inkişafı ölkəmizin regionda və qlobal miqyasda liderliyini daha da möhkəmləndirir.
“Azersky 2”nin hazırlığı tamamlanır
“Azərkosmos” hazırda dayanıqlı inkişaf, iqlim müşahidəsi, texnoloji tərəqqi və beynəlxalq layihələrdə daha fəal rol oynayır və yeni peyk xidmətlərinin tətbiqinə hazırlaşır. Qurum yeni sənaye məhsulu olan “Azersky 2” peykinin hazırlığını tamamlamaqla ilk böyük peyk layihəsi kimi qlobal kosmik sənaye cəmiyyətinə daxil olmaq niyyətindədir. Qeyd edək ki, Azərbaycan növbəti optik müşahidə peykinin 2026-cı ildə orbitə buraxılması nəzərdə tutulur. “Israel Aerospace Industries” şirkəti ilə birgə hazırlanan yeni peyk ölkəmizdə yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin edəcək, hazırda azad edilmiş ərazilərdə aparılan tədiqaqatların sürətlənməsinə töhfə verəcək.
“Azərkosmos” son illərdə dünya kosmik ailəsinin etibarlı üzvü kimi dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlığı artıraraq yeni nəsil texnologiyaların tətbiqinə nail olmaqdadır. Bir müddət əvvəl qardaş Türkiyənin “İmpro” şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Kosmik Agentlik “Göktürk-1” peyki vasitəsilə təsvir və həllərdən istifadəni də əldə edəcək. Ötən ilin sonlarında Azərbaycanın Kosmik Agentliyi ilə İtaliyanın yerüstü idarəetmə şirkəti olan “Leaf Space”lə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik “S/X” diapazonlu anten quraşdırılıb. Yeni qurğu sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirməyə imkan verir.
Çinin kosmik nəhəngi ilə bir platformada
“Azərkosmos” Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti ilə əməkdaşlığı artırmaq niyyətindədir. Ötən il sözügedən şirkətlə müqavilə imzalanıb və regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əlavə peyk resursu bazası yaradılıb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində, müştərilərə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstəriləcək ki, həmin xidmətləri “Azconnexus”- StarWin” peyk internet platforması birlikdə təchiz edəcək. Əməkdaşlıq çərçivəsində, həmçinin “Azərkosmos” biznes xətlərini genişləndirməyə çalışacaq ki, nəticədə bu layihə təkcə peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması sayəsində də gəlir əldə etməyə imkan verəcək. Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda kosmik texnologiya habına çevrilməsini təmin edəcək. Bu layihələr, həm də Azərbaycan iqtisadiyyatının güclənməsinə, post-neft dövründə milli gəlirlərin strukturunda kosmik sənaye dividentlərinin artmasına səbəb olacaq.
Milli kadrların fəzaya çıxış hazırlığı
Kosmik Agentlik öz kadr institununu da gücləndirib və milli potensiala güvənilən baza formalaşır. İndiyə qədər kosmosa göndərilmiş peyklərdə yerli mütəxəssislərimiz çox az olduğu üçün bu prosesə xaricdən mühəndislər cəlb olunurdusa, hazırda peyk idarəetmə üzrə yerli mütəxəssislərin hazırlanması “Azərkosmos”un öz idaretmə imkanlarını təmin etməkdədir. Həmin potensiala arxalanaraq “Azersky 2” peyk proqramının idarə olunması milli kadrlar tərəfindən həyata keçiriləcək. Bu innovativ idaretmə modelinin növbəti mərhələsi isə azərbaycanlıların kosmonavtlar ailəsində yer almasıdır. Agentlik rəsmisi qeyd edib ki, gələcəkdə azərbaycanlıların kosmosa çıxması ilə bağlı tədbirlər görüləcək, onların təlimə və beynəlxalq kosmik proqramlara cəlb olunması ilə bağlı addımlar atılacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

