Vətəndən-Vətənə...

Arazın

bu tayı Vətənim,

o tayı Vətənim.

Vətəni görməyə amanım yox mənim.

Bu necə vətəndir?

Görmədim üzünü

Çatsam da bu yaşa

Ömründə bir dəfə.

Bəs salam verməzmi

Qardaş da qardaşa?

Bu qəmim, bu dərdim dağlardan ağırdı

Arazın suyuna qarışıb axıram.

Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,

Mən isə...

Vətəndən-Vətənə baxıram...

Bəxtiyar Vahabzadə

Oktyabr, 1962