Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya aviaşirkəti Həştərxandan Azərbaycana birbaşa uçuşları bərpa edir

Rusiya aviaşirkəti Həştərxandan Azərbaycana birbaşa uçuşları bərpa edir

08.04.2024 [18:08]

"Azimut” aviaşirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm uçuşları bərpa edib. Beləliklə, Həştərxandan Bakıya uçuşların sayı “İrAero” reysləri də daxil olmaqla, həftədə dörd dəfəyə çatdırılıb.

Həştərxan aeroportunun mətbuat xidməti xəbər verir ki, fevral ayında şirkət Həştərxandan Bakıya birbaşa uçuşları səbəbi açıqlanmadan dayandırıb.

“Azimut” aviaşirkəti aprel ayında Azərbaycana birbaşa müntəzəm uçuşları bərpa edib. Bakıya uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək: Həştərxana gəliş – saat 08:35, Bakıya gediş isə 09:35-də olacaq. Bir istiqamət üzrə uçuş müddəti 1 saat 30 dəqiqədir” – deyə məlumatda bildirilir.

Aeroportun məlumatına görə, biletlər artıq satışdadır.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30