Mehriban Zeynalova: "Uşaqlara şəxsiyyət kimi hörmətlə yanaşmalıyıq"
10.04.2024 [13:30]
Yaşadığımız dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Lakin son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə ailədə, ümumtəhsil müəssisələrində uşaqlara qarşı zorakılq hallarının baş verməsi ilə əlaqədar görüntülər yayımlanır. Bəs uşaqlara qarşı belə halların yol verilməməsi üçün cəmiyyət olaraq necə diqqətli olmalıyıq? Suallarımızı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırıb.
- Mehriban xanım, ölkəmizdə uşaq hüquqları layiqincə müdafiə olunurmu?
- "Uşaq hüquqlarına dair strategiya"nın təsdiqindən sonra qanunvericilik aktlarının təkmilləşdirilməsi və uşaqlara dəstək proqramlarında çeviklik xeyli diqqət cəlb edir. Lakin hələ uşaq hüquqlarının müdafiəsi məsələsi tam formalaşmayıb. Baxmayaraq “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib və “Uşaq hüquqlarına dair”Konvensiyaya qoşulmuşuq, lakin boşluqlar hər zaman aşkarlanır. Yerdə qalan problemlərin həlli üçün tədbirlər görülməkdədir.
- Ailə daxili münaqişələr uşaqların gələcək həyatına necə təsir göstərir?
- Dəfələrlə ailədaxili münaqişələrin şahidi olan uşaqlar gələcəkdə cinayətkarlığa meyilli ola bilərlər. Biz bundan narahatıq. Uşağının gözünün qarşısında anası döyülürsə, öldürülürsə, uşaq ya qurbana çevrilir, ya qatilə. Bizi burda narahat edən daha çox uşaqların mənafeyidir.
- Son vaxtlar uşaqların sosial şəbəkələrə çox meyilli olması onların ailədən uzaqlaşmasına səbəb olurmı sizcə?
- Erkən yaşda hədsiz çox informasiya axınına düşən uşaqlarda şəxsiyyət dəyişikliyi ola bilər. Çünki onlar alınan məlumatları filtirdən keçirmək bacarıqlarına malik olmur, bəzi hallarda isə alınan məlumatın kim tərəfindən nə məqsələ yayılmasını araşdırmaq bacarıqları olmur. Bu baxımdan sosial şəbəkələrə erkən qoşulmuş uşaqlar üçün təhlükələr çoxdur və onaların müxtəlif cinayətlərin qurbanına çevrilməsi halı qaçılmaz olur.
- Necə düşünürsünüz, uşaqların hansısa qruplaşmaların təsiri altına düşməsində başlıca günahkar valideyn sayıla bilər?
- Valideynləri bütün məsələlərdə ittiham etmək doğru deyil. Mühit uşaqların sosial şəbəkələrə meyli üçün münbitdir. Uşaqlar bəzən gizlicə sosial şəbəklərə qoşula və ya dostlarının imkanlarından bəhrələnə bilərlər. Bir çox valideynlər uşaqlarının sosial şəbəkələrdə hansı məlumatlara girişin izləyə bilir və bununla da basqı etmədən nəzarət mexanizmi qurulur. Lakin bəzi valideynlərin bu barədə məlumatlı olmur və yaxud bütün günü işdə olduqları üçün uşaqlarına nəzarət edə bilmirlər.
- Bəs cəmiyyət olaraq nə etməliyik?
- Cəmiyyət olaraq daha çox məlumatlandırma və həssas yanaşmanı seçməliyik. Uşaqlara şəxsiyyət kimi hörmətlə yanaşaraq onların yaş həddinə uyğun məlumatlar paylaşsaq və texnologiyalardan istifadə qaydalarını öyrədərək, sosial şəbəkələrin üstün maraqlarını artıra biləsək, bu halı müsbət mənada dəyişə bilərik.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

