Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İqtisadçı: "Milli valyutaya hörmətlə yanaşılmalıdır”

İqtisadçı: "Milli valyutaya hörmətlə yanaşılmalıdır”

24.04.2024 [17:56]

Heç kəsə sirr deyil ki, bir çox insanlar mağazalarda qaytarılan 1,3 qəpikləri geri almaqdan imtina edir. Bəzi hallarda bu pulları ictimai nəqliyyatda sürücülər də qəbul etmək istəmir. Eyni zamanda onları  “Bakıkart”-da balansa daxil edib metroda istifadə də edə bilmirik. 

İqtisadçı Eyyub Kərimli "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, milli valyuta ölkənin maliyyə atributudur və bütün vətəndaşlar dəyəri xırda olsa belə pula  hörmətlə yanaşmalıdır: " Dünyanın hər bir ölkəsində milli valyuta dəyərdən düşdükcə kiçik pul vahidləri də əhəmiyyətsiz hesab olunur. Çünki onun heç bir maddi dəyəri, bəzən də əmtəə dəyəri qalmır. Bu gün  ölkəmizdə 1/2 qəpiyə heç  bir şey almaq olmur və yalnız qalıq kimi qaytarılır".

E. Kərimlinin sözlərinə görə  digər tərəfdən bunu sahibkar marketing  siyasəti ilə də əlaqələndirmək olar: "Bəzən mağazalarda 99 qəpiklik  ərzaqlar və digər mallar mövcuddur  və  ödəniş etdikdə yerdə qalan bir qəpikliklər alıcıya qaytarılmır. Hazırda ölkə bazarlarında bütün qiymətlər yuvarlaqdır. Bəzən 13  və ya 92 qəpik yox, birbaşa 10/90 qəpikliklərlə hesablanır. Bunun üçün stimullaşdırıcı tədbirlər hazırlanmalıdır ki, kiçik qəpiklər dövriyyəyə qayıtsın".

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31