Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

25.04.2024 [13:33]

Bolqarıstanda parlamentin sədri Rosen Jelyazkovu istefaya göndərmək barədə qərar qəbul olunub.

“Dəyişikliyə davam edirik” partiya blokunun deputat qrupu və “Demokratik Bolqarıstan” koalisiyasının irəli sürdüyü təklif Bolqarıstan Sosialist Partiyası və digər siyasi qüvvələr tərəfindən dəstəklənib.

Qərarın lehinə 129 deputat, əleyhinə 103 deputat səs verib.

Rosen Jelyazkov vəzifə səlahiyyətlərindən sui-istifadədə, parlamentin gündəliyinin müəyyən edilməsi və onun işinin digər aspektlərində pozuntulara yol verməkdə ittiham olunub. Spikeri dəstəkləyən parlament üzvləri isə ona qarşı yönələn arqumentlərin əsaslı olmadığını bildiriblər.

Havar Ş.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31