4-cü DİM Dialoqu...
09.05.2024 [10:38]
Sülh və dostluq platformasına çevrilir
Hazırda dünyada dayanıqlı inkişafla bağlı çağırışlar böyük aktuallıq kəsb edir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri təsdiqlənib. Qlobal çağırışlara adekvat davamlı inkişaf fonunda ölkədə sosial rifahın yüksək səviyyədə təmin olunması, o cümlədən yoxsulluğun aradan qaldırılmasına nail olunması Azərbaycanın milli inkişafının fundamental əsasını təşkil edir. Prezident İlham Əliyevin hələ 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalaması Azərbaycanın dayanıqlı inkişaf sahəsində ölkənin geniş potensialına uyğun daha böyük uğurlara nail olmaq əzmini bir daha nümayiş etdirir.
Qeyd edək ki, “dayanıqlı inkişaf” termini ötən əsrin 80-ci illərindən başlayaraq iqtisadi, sosial leksikona daxil olub. Dayanıqlı inkişafla bağlı BMT tərəfindən 1992-ci ildə Rio de-Janeyro şəhərində keçirilən konfransda bu konsepsiyanın əsas istiqamətləri müəyyənləşdirildi, XXI əsrdə dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən dayanıqlı inkişaf konsepsiyasının hazırlanması zərurəti dilə gətirildi. Sonrakı mərhələdə müxtəlif dövlətlər tərəfindən ayrılıqda, o cümlədən ayrı-ayrı beynəlxalq tədbirlərdə bu konsepsiyanın başlıca istiqamətləri diskussiya predmetinə çevrilməklə insanların qlobal kontekstdə öz gələcəklərini müəyyənləşdirməsi üçün yeni müzakirə platforması yaratmış oldu. Hazırda bunu zəruri edən çoxsaylı şərtlər mövcuddur. Çünki dünyada sosial, iqtisadi inkişaf qeyri-proporsional şəkildə mövcuddur və fərqli mədəni-siyasi coğrafiyalarda müxtəlif kəmiyyət və keyfiyyət göstəricilərinə sahibdir. Ancaq buna baxmayaraq, hər nə qədər siyasi-coğrafi fərqlilik olsa belə, problemin mövcudluğu qloballaşan dünyada ümumi problem yaradır. Bu həm sosial, həm də iqtisadi müstəvidə müşahidə edilir və müəyyən inkişaf mərhələsindən sonra qlobal ekoloji və digər müstəvilərə transfer olunur. Bu səbəbdən bütün bəşəriyyət üçün aktual olan dayanıqlı inkişaf konsepsiyası ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşımalıdır. Bu kontekstdə əsas məqsədlər sırasında yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, bu prosesdə əsas qayələrdən biri də insanların texniki və texnoloji vasitələrlə təminatına nail olunması və ekoloji problemlərin birgə həll edilməsidir. Burada başlıca məqam növbəti nəsillərin də inkişafını təmin etmək üçün ciddi sosial, iqtisadi və ekoloji zəmin hazırlamaqdır. Əsas etibarilə, dayanıqlı inkişafı təmin edən başlıca amil kimi insan resursları çıxış edir. İnsan resursları vasitəsilə mövcud ehtiyatlardan səmərəli istifadə olunması sosial, iqtisadi və ekoloji ahəngdarlığı təmin etməklə davamlı inkişafı şərtləndirməlidir.
Azərbaycanın öz inkişaf strategiyasını milli prioritetləri və qlobal çağırışları nəzərə almaqla müəyyənləşdirməsi və bu iki amili məharətlə uzlaşdırması ölkəmizi fərqləndirən əsas cəhətlərdəndir. Beləliklə, Azərbaycan, bir tərəfdən, ölkələr və xalqlar arasında əməkdaşlığın dərinləşməsinə, bəşəriyyətin qarşısında duran qlobal məsələlərin həllinə öz töhfəsini verir, eyni zamanda, davamlı milli inkişafını təmin edir. Azərbaycan dayanıqlı inkişaf konsepsiyasını mənimsəyən və bu kontekstdə milli platformada xüsusi proqram qəbul edən ölkələrdəndir. Ölkəmizin dayanıqlı inkişafı zəruri edən əsas prinsiplərlə, o cümlədən də iqtisadi inkişafla bağlı özünəməxsus proqram və konsepsiyası var.
Azərbaycan dayanıqlı inkişaf üzrə qlobal çağırışların əsas qayəsini təşkil edən sosial proqramların yerinə yetirilməsinə də məhz özünün getdikcə artan iqtisadi potensialına adekvat yanaşma nümayiş etdirir. Başqa sözlə desək, respublikanın iqtisadi imkanları genişləndikcə əhalinin həyat təminatı, rifah halının yaxşılaşması ilə bağlı layihələrin yerinə yetirilməsi də müvafiq surətdə intensivləşir. Ölkəmizdə iqtisadi və sosial islahatlar paralel şəkildə həyata keçirilir və bir-birini tamamlayır. İndiyədək respublikamızda dayanıqlı inkişafla bağlı qarşıya qoyulan hədəflərə çatmaq üçün məqsədyönlü proqramlar həyata keçirilib.
Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ölkəmiz müvafiq hesabatlar təqdim edir, eləcə də çoxsaylı tədbirlər keçirir. Yeri gəlmişkən, mayın 7-də Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib. Tədbirdə Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, BMT-nin Qadın Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Suns Luke, BMT Baş katibinin köməkçisi Markos Neto, Laos Xarici İşlər Nazirliyinin departament direktoru Daovi Vonqsay çıxış ediblər.
Çıxışlarda BMT-nin Dayanıqlı İnkişaf Məqsədi layihəsinin həyata keçirilməsi, üzv dövlətlər tərəfindən bu layihəyə verilən dəstək, dövlətlərin gördüyü işlər və Milli Hesabat Proqramlarının hazırlanması haqqında danışıblar. Qeyd olunub ki, Azərbaycan dünyada baş verən gərgin siyasi proseslərə baxmayaraq sosial-iqtisadi inkişafını davam etdirə bilib və bu istiqamətdə bir sıra uğurlu layihələri həyata keçirib. Bu gün Azərbaycan dövləti tərəfindən reallaşdırılan sosial, iqtisadi, humanitar, ekologiya, yaşıl enerji ilə bağlı layihələr BMT-nin DİM proqramına uyğunlaşdırılır. Çıxışlarda vurğulanıb ki, Azərbaycan 30 il ərzində erməni işğalında qalan ərazilərini azad edib və 1 milyona yaxın qaçqının qayıtması üçün böyük quruculuq işləri həyata keçirir. Bu işlərin görülməsi üçün hazırlanan proqram və layihələr də DİM-ə uyğun şəkildə aparılır. Misal üçün, azad edilən Qarabağda “ağıllı kənd”in salınması, bu regionun enerji təminatının, əsasən yaşıl enerji istehsalı hesabına ödənilməsi və digər işlər onu deməyə əsas verir ki, Azərbaycan qlobal prosesləri nəzərə alaraq inkişaf istiqamətində addımlar atır. Tədbirdə vurğulanıb ki, Azərbaycan təcrübəsindən bir sıra dövlətlər də istifadə etmək və təcrübə mübadiləsi aparmaq istəyindədirlər.
Çıxışlardan sonra tədbir “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına baxış: əsas məqamlar və mesajlar” və “Beynəlxalq Əmək Təşkilatının Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzularında təqdimat və müzakirələrlə davam edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

