Mütəxəssis: Fermerlər Avropa istehsalı olan texnikalara üstünlük verirlər
11.05.2024 [10:45]
Ölkəmizdə kənd təsərrüfatı sahəsində texniki vasitələrin çatışmazlıqları yerli təchizatçı şirkətlərin hesabına xaricdən idxal olunmaqla həyata keçirilir.
Kənd Təsərrüfatı üzrə mütəxəssis Nicat Quluzadə "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində suvarma sistemlərində, otbiçən, ottoplayan, gübrəsəpən, toxumsəpən, Diski-mala, Riper, yemüyüdən, yemqarışdıran və s maşınlarda çatışmazlıqlar müşahidə olunur: "Amma onları da əsasən qonşu ölkələrdən idxal edirlər. Bundan əlavə heyvandarlıqda istifadə olunan alətlər, bağçılıq alətlərində də çatışmazlıqlar var. Gəncə şəhərində traktorlar istehsal olunsa da, bəzi fermerlər Avropa istehsalı olan texnikaları da almaqda maraqlı görünür. Bu traktorlar yerli istehsal olunan analoqundan bir sıra xüsusiyyətinə görə üstündür. Dövlət bu kimi texnikaları ölkəyə gətirərkən həm 18%-lik ƏDV-dən, həm də gömrük rüsumundan azad edib. Bundan əlavə də ölkəyə gətirilən kənd təsərrüfatı texnikasına görə fermerlər AKİA-dan (Aqrar Kredit İnkişaf Agentliyindən) 40% dövlət subsidiyasını geri ala bilir. Fermer üçün yeganə şərt həmin vəsaiti tapıb bu texnikaları almaqdır. Yerli istehsal və xaricdən idxal sayəsində ölkəmiz kənd təsərrüfatı sahəsində texniki vasitələr ilə təmin olunur".
N. Quluzadə açıqlamasında qeyd edib ki, ümumilikdə ölkədə olan yerli və xarici texniki avadanlıqların istismarı zamanı müəyyən qaydalara əməl etmək lazımdır: "Əsas problem yerli texniki heyətin yetəri səviyyədə təhsilli olmamasıdır. Əksər texniki işçilər praktiki təlimlər keçməklə müəyyən yeni peşələrə sahib olublar. Bu da özlüyündə müəyyən çətinliklər yaradır. Müasir suvarma sistemləri dedikdə avtomatik damlama-sulama sistemləri, PİVOT və TAMBURLU suvarma avadanlıqları nəzərdə tutulur. Bu avadanlıqlar isə xüsusi təlimlər keçməyi tələb edir".
Mütəxəssisin sözlərinə görə ölkəmizə suvarma sistemlərini əsasən bizə yaxın ölkə olan Türkiyədən idxal edilir: "Suvarma sistemi özlüyündə bir neçə qrupa bölünür. Avtomatik idarəetməli damlama-sulama avadanlıqlarının demək olar ki, 90%-i Türkiyədən idxal olunur. İdxal olunan ölkələr sırasında da qismən də olsa Çin və İran da var. Pivot sulama avadanlıqları əsasən ABŞ, Fransa, Kanada, Türkiyədən idxal olunur. Qeyd edim ki, ABŞ bu sahədə liderliyini qoruyur. Tamburlu sulama avadanlıqları isə İtaliya və Türkiyədən idxal olunur. Biz də öz növbəsində müraciət edən fermerlərə bu sahədə hər cür dəstəyi verir, onların əsas tələbinə uyğun düzgün suvarma sistemlərinin seçilməsində köməklik edirik".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:18
Dünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13

