Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Böyük Qayıdışın yeni ünvanı - Xocalı!

Böyük Qayıdışın yeni ünvanı - Xocalı!

14.05.2024 [10:22]

Evlər bu tarixdə təhvil veriləcək...

Ordumuzun 2023-cü ilin 19-20 sentyabr tarixində keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Xocalı, Xocavənd, Xankəndi və Əsgəran şəhərləri separatçılardan təmizlənərək işğaldan azad edilmişdi. Artıq Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. 

İşğaldan azad olunmuş torpaqlarımızın əsl sahiblərinin köçü bir müddətdir ki davam edir. Böyük Qayıdışın növbəti ünvanı isə Xocalı olacaq. Bununla da 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları rahatlıq tapacaq. Vaxtilə soyqırımı və dağıntılara məruz qoyulan Xocalının azad olunmasından dərhal sonra bərpasına başlanılması mənəvi baxımından çox böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, hələ bu ilin yanvar ayında Bakı Abadlıq Xidmətinin Memarı Elnur Abdullayev Xocalıda tikinti işlərinin yüksək sürətlə davam etdiyini bildirmişdi. O, qeyd etmişdi ki, Xocalı şəhərinin mərkəzində 283 evdə əsaslı təmir-bərpa işi aparılır. Eyni zamanda Xocalı şəhərinin bütün kommunikasiya xətləri qurulur, yeraltı işləri həyata keçirilir. 

Nəhayət gözlənilən günə olduqca az qalıb. Belə ki, yenidənqurma işlərin davam etməsi nəticəsində Xocalının Malıbəyli kəndi müasir görkəmə qovuşur. Hazırda 120 fərdi yaşayış evində işlər davam etdirilir. Qaz, işıq və su xətləri çəkilir. Bu il isə Malıbəyliyə köç başlayacaq. Tikilən ilk 50 evin yay aylarında təhvil verilməsi planlaşdırılır.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ərzurumun xilaskarı

22 May 11:05  

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31