15 il sonra ilk dəfə...
15.05.2024 [10:33]
Milli QHT Forumunun X qurultayında yeni tərkib formalaşdı!
Ötən gün Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. Qurultayda əvvəlcə Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban verən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb. Köhnə rəhbərlikdən heç biri namizədliyini irəli sürməyib. Bundan başqa, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Tədbirdə köhnə tərkib tam heyətlə buraxılıb və yeni tərkib formalaşıb.
Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib, 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb. İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib. O, 2023-cü ilin iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir. Ramil İsgəndərli etimada görə qurultay iştirakçılarına təşəkkür edib, gözləntiləri doğrultmaq üçün fəal iş aparacaqlarını bildirib.
İdarə Heyətinin digər üzvləri də peşəkar QHT təmsilçilərindən formalaşıb. Onlar aşağıdakılardır:
Pərvanə Vəliyeva - “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri, Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri.
Çevik idarəçilik modelinə keçid
Qurultayda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev tədbir iştirakçılarının səsverməsi ilə yeni formalaşmış İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb: “Azərbaycan Milli QHT Forumu illərdir arzusunda olduğu islahatlar mərhələsinə qədəm qoyur, estafeti bir nəsil digərinə yüksək ləyaqətlə ötürür. Bu, Azərbaycan vətəndaş cəmiyyətində formalaşmış nümunəvi ictimai dəyərlərdən, yetkin mədəniyyətdən xəbər verir. Forumun Nizamnaməsində aparılan sistem xarakterli dəyişikliklər qurumun müasir dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçməsinə işarədir. Qarşıdakı müddətdə bunun müsbət praktiki nəticələrini görəcəyimizə ümid edirik. Biz yeni İdarə Heyətini hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-lərin ictimai vəkilliyi işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi stereotiplərin təmizlənməsi işində yüksək fəallıq gözləyirik”.
PA rəsmisi bildirib ki, qarşıdakı dövrdə QHT sektorunda islahatlar daha da dərinləşdiriləcək. Bu islahatlar QHT-lərin sağlam, münbit şəraitdə inkişafı, şəffaf, hesabatlı fəaliyyəti üçün meydanı daha da genişləndirəcək.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Rauf Zeyniyə fəaliyyəti dövründə Agentliklə sıx əməkdaşlığa görə təşəkkürünü bildirib və onu diplomla təltif edib. A.Əliyeva yeni heyətə təbriklərini çatdırıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

