Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyənin ilk azərbaycanlı astronavtı: Türkiyə və Azərbaycan bayraqlarını özümlə aparacağam

Türkiyənin ilk azərbaycanlı astronavtı: Türkiyə və Azərbaycan bayraqlarını özümlə aparacağam

06.06.2024 [17:51]

ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever bildirib ki, iyunun 8-dəki missiya zamanı üzərində Türkiyə və Azərbaycan bayraqlarının işləmələri olan forma geyinəcək.

AZƏRTAC xəbər verir ki, T.C.Atasever “Anadolu” agentliyinə müsahibəsində anasının Azərbaycandan olduğunu xatırladıb.

“Missiya zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın aprel ayında “TEKNOFEST” festivalı çərçivəsində mənə verdiyi Türkiyə bayrağı da mənimlə olacaq. Anamın Vətəni olan Azərbaycanın bayrağını da özümlə aparacağam. Hər iki bayraq sinəmdə parlayacaq”, - deyə gənc astronavt bildirib.

Astronavt vurğulayıb: “Türkiyə və Azərbaycan bayraqları hər zaman xalqlarımızın qardaşlığını və bir-birinə dəstəyini simvolizə edərək bərabər dalğalandıqları kimi, kosmik missiyada da birlikdə olacaqlar”.

T. C. Atasever bildirib ki, missiya ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb.

Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçub.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30