/ / Fransa Bakı Təşəbbüs Qrupunun BMT-də keçiriləcək tədbirində iştirak edəcək bəzi şəxsləri hava limanından buraxmayıb
Fransa Bakı Təşəbbüs Qrupunun BMT-də keçiriləcək tədbirində iştirak edəcək bəzi şəxsləri hava limanından buraxmayıb
20.06.2024 [20:00]
Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransdan əvvəl iştirakçılar və media nümayəndələri üçün məlumatlandırma sessiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev “Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu” adlı konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən nümayəndələr, habelə 40-dan artıq rəsmi şəxs, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edəcəklərini bildirib. O deyib ki, konfransın təşkilində məqsəd neokolonializmdən əziyyət çəkən xalqların ədalətli mübarizəsini dəstəkləmək, bu sahədə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində onlara dəstək nümayiş etdirməkdir. Elgün Hacıyev, həmçinin dəvət olunmuş bəzi şəxslərin tədbirə qatıla bilməyəcəklərini vurğulayaraq deyib: “Bunun səbəbi Fransa hökumətinin əsas göstərmədən onları öz hava limanlarından buraxmamasıdır. Biz hesab edirik ki, bu, təzyiq vasitəsidir. Lakin onların buraxılmaması bizim mübarizəmizə heç bir mənfi təsir göstərməyəcək. Biz hər zaman müstəmləkələrin ədalətli mübarizəsini dəstəkləyirik”.
Sonra tədbir iştirakçıları təmsil etdikləri ərazilərin üzləşdiyi problemlər, o cümlədən kolonial ölkə tərəfindən insan hüquqlarının pozulması, yeni müstəmləkəçilik meyilləri barədə məlumat verib, sözügedən konfransın öz səslərini dünyaya çatdırmaq üçün çox vacib platforma rolu oynayacağını qeyd ediblər.
Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest son bir ay ərzində Fransa hökumətinin addımlarına görə Yeni Kaledoniyanın çox çətin günlər yaşadığını deyib. “Biz bu gün buradayıq. Bu məsələni beynəlxalq səviyyədə qaldırırıq, Bakı Təşəbbüs Qrupu ilə birlikdə nə edə biləcəyimizi nəzərdən keçiririk. Bu gün burada olmaq bizim üçün çox vacibdir”, - deyə o vurğulayıb.
Braziliya Universitetinin dayanıqlı inkişaf və dekolonizasiya üzrə professoru Luis Felippe də Yeni Kaledoniyada baş verənlərin zorakılıq olduğunu bildirib. Onun sözlərinə görə, müstəmləkəçilik bu gün də davam edir və bizim bir araya gələrək bu barədə danışmağımız çox vacibdir.
“Bonayre” insan haqları təşkilatının vitse-prezidenti Ceyms Finies bonayr xalqının çox çətin dönəmdən keçdiyini deyib. Bildirib ki, dünya bundan xəbərdar olmalı, bu problemin qarşısını almalıdır. “Bu cür tədbirlərlə biz öz səsimizi eşitdirə bilərik. Çünki bizim səsimizi eşitdirə biləcəyimiz platforma, forum yoxdur. Bu, bizim üçün çox vacibdir və sevinirik ki, sabah bu cür imkan əldə edəcəyik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, konfrans BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında Bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində baş tutacaq.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

