Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək

Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək

27.06.2024 [11:23]

Milli Məclisin müzakirə olunan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı hesab edirik ki, Konstitusiyanın 98-1-ci maddəsi parlamentin bu məsələ ilə bağlı müraciət etmək hüququnu məhdudlaşdırmır. Bu da nəzərə alınmalıdır ki, Milli Məclis qərarında qeyd olunduğu kimi, COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçınılmazdır. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, bu baxımdan seçkilərin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakını təmin edəcək. Beləliklə, Konstitusiyasının 56-cı maddəsində təsbit edilmiş vətəndaşların seçki hüququna təminat veriləcək. Bu, eyni zamanda, deputatlığa namizədlərin seçkiqabağı təşviqatı rahat şəkildə aparmalarına imkan yaratmalıdır.

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31