Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İxtisas seçərkən nələrə diqqət yetirmək lazımdır?

İxtisas seçərkən nələrə diqqət yetirmək lazımdır?

02.07.2024 [10:48]

İxtisas seçimi kənardan adi görünsə də, mahiyyət etibarilə olduqca çox diqqət tələb edən prosesdir. Abituriyentlər elə ixtisas seçməlidirlər ki, gələcəkdə o istiqamət üzrə  karyeralarını düzgün qura bilsinlər.

Ekspertlər bildirir ki, abituriyentlər populyar universitet seçimini bir kənara qoyub, müasir dövrdə tələbatı çox olan ixtisaslara önəm verməlidirlər.

Elm və təhsil üzrə ekspert Rizvan Fikrətoğlu "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, abituriyentlər ixtisas seçimi zamanı istəklərini önə çəkməli və gələcəkdə  kim olmaq istədiklərini dəqiqləşdirməlidir.

Onun sözlərinə görə ixtisas seçimi edən şəxs universitetlərdə  əvvəlki illərlə müqayisədə boş plan yeri və keçid balları necə formalaşdığını araşdırmalıdır: "Eyni zamanda növbəti mərhələlər üçün ödənişin məbləğini və ərazi faktorlarını müəyyən etməlidir. Cavablar analiz olunarkən, kodlaşdırılan ixtisasın ardıcıllığı önəm daşıyır. Bu səbəbdən ixtisasın dövlət sifarişli və ödənişli olmasına diqqət yetirmək lazımdır. 1-ci yerə bal çatmasa, növbəti 2-ci, 3-cü və s. bu şəkildə proses ardıcıl həyata keçirilir. Buna görə də ardıcıllığı tələbənin oxumaq  istədiyi ixtisaslara uyğun yazmaq məsləhət görülür".

Mütəxəssis həmçinin bildirir ki, abuturiyent seçim etdiyi 15 ixtisasdan heç birini  oxumayacaqsa istəmədiyi ixtisasları yazmamalıdır: "Çünki 15 yerin hər biri bir şansdır. Bununla həmin şəxs başqa ixtisası yazıb qəbul olmaq şansını itirmiş olur. Eyni zamanda seçim zamanı bir çox incəlikləri diqqətdə saxlamaq mütləqdir. Məsələn, hansısa ixtisasın balı 600 ola bilər. Amma plan yerinin artırılması və nəticələrin yüksək olmaması və ya həmin ixtisaslar üzrə fərqli qaydaların tətbiqi növbəti ildə o ixtisas üzrə keçid balını 200 edə bilər. Biz bunu 1-ci ixtisas qrupunda ilk dəfə tətbiq edilmiş Rİ altqrupunda keçən il gördük. Belə ki, informatikayönümlü ixtisasları yazmaq üçün ayrıca informatika fənnindən imtahanın verilməsi, bir çox abituriyentin bundan xəbər tutmaması həmin altqrupda olan ixtisasların 400 baldan çox enməsinin gətirib çıxardı".

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31