Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Bakcell”in dəstəyilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

“Bakcell”in dəstəyilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

20.08.2024 [12:10]

“Bakcell”in baş sponsorluğu və “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün “Ənənə” yay düşərgəsi təşkil olunub. Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində baş tutan tədbirdə 50-dək şəhid övladı iştirak edib.

Hərbi vətənpərvərlik və milli ənənələr mövzusuna həsr olunan düşərgə beş gün (13-18 avqust) davam edib. Tədbirdə gənclərin iştirakı ilə qədim milli oyun növləri üzrə yarışlar, müxtəlif təlimlər və interaktiv oyunlar keçirilib.

“Müasir bacarıqlar və innovasiya” adlı təlim düşərgə iştirakçılarının xüsusi marağına səbəb olub. Təlimdə “Bakcell”in əməkdaşı Rüfət Quliyev gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu bacarıqların əldə edilməsində texnologiya və innovasiyanın rolundan danışıb. Bundan əlavə, “Bakcell”in innovativ xidmətləri, “high-tech” və AI dəstəkli məhsulları barədə məlumat verilib.

Qeyd edək ki, şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) proqramının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlaşdırır.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Dünya

YAP xəbərləri

Separatizmə son qoyuldu

12 Sentyabr 14:09

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Dünya

ABŞ-da debat gecəsi...

12 Sentyabr 09:14

Dünya

Fransa şokda...

12 Sentyabr 09:10  

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30