Uşaqların gec danışmasının səbəbi nədir?
22.08.2024 [10:58]
Dil insanın həyatda öz yerini tutmasında, şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Nitqin formalaşması körpəlikdən müəyyən səslər çıxarmaq, bir yaşında sadə sözləri tələffüz etmək, yaş yarımdan isə sərbəst cümlə qurmaqla inkişaf edir. Elə buna görə də körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Lakin araşdırmalar göstərir ki, müasir dövrdə uşaqların dil açması əvvəlki illərə nəzərən daha gec baş verir.
"Nitq qüsürlarının əvvəlki illərə nisbətən daha çox diqqət çəkməsinin ilkin səbəblərindən cəmiyyətimizdə valideynlərimizin mövzu ilə bağlı məlumatlı olması və erkən müdaxilə yolu ilə övladlarına tədris imkanı verərək problemin tez zamanda aradan qaldırması üçün fəaliyyət göstərməyimizdir. Yaranma səbəblərinə gəldikdə isə buna genetik faktorlar, autizm spektr pozuntuları, daun simdromu və s. kimi diaqnozlar, ana bətnində, doğuş zamanı və doğuşdan sonra qazanılmış travmalar, bəzi nevroloji problemlər və artikulyar aparatın düzgün inkişaf etməməsi səbəb ola bilər".
Bu fikirləri "Yeni Azərbaycan" - a açıqlamasında defektoloq-loqoped Elnurə Rzayeva deyib. O, açıqlamasında həmçinin bildirib ki, hal-hazırda valideynləri ən çox narahat edən qüsürlardan biri nitq ləngiməsidir: "Bu, nədir deyə soruşsaq ən anlaşılan forması ilə deyə bilərik ki, uşaqlar öz yaşlarının normativinə cavab vermirlər. Yəni ilk sözlərini deməli olduğu yaşda susur, cümlələr qurmur, irəli dövlərdə şeir və nağıl danışmırlar. Bu diaqnoz adətən tipik uşaqlara həkim mütəxəssislər tərəfindən qoyulur. Yaranma səbəblərinə gəldikdə isə bir çox hallarda uşaqların uzun müddət ekran qarşısında qalmaları, ailədə 2 və daha çox dildə danışılması, valideynlərin işlədiyi üçün uşaqları ilə az vaxt keçirmələri və pedoqoji baxımsızlıqdan lüğət ehtiyatının az olmasını göstərmək olar".
Onu da qeyd etmək lazımdır ki, uşaq gec dil açan zaman erkən yaşlarında müşahidə olunmasa da müdaxilə gecikəndə irəli yaşlarında psixoloji ləngiməsi də formalaşır. Bunun olmaması üçün erkən aşkarlamaqda valideynlər böyük rol oynayırlar.
Mütəxəssis bildirir ki, nitq ləngiməsinin formalaşmaması, yəni dilin tez açılması üçün valideynlər uşaqlarla daha çox vaxt keçirməli, onlarla böyüklər kimi söhbət etməli, körpəliyindən inkişaf dövrünə uyğun yüksək emosiyalarla rola girərək nağıllar oxumalı, kiçik motorikasını ( əl və barmaqlarını) inkişaf etdirici oyuncaqlarla birlikdə oynamalı, rollu oyunlar oynamalı, hər gün ən az bir yeni söz öyrətməli, o sözü gün ərzində istifadə etməli və ən əsası da uşaqlara özlərini, arzu və istəklərini söyləməyə imkan yaradılmalıdır.
"Əgər imkan varsa özündən ən az bir yaş böyük olan uşaqlarla ünsiyyətə girməlidir. Sözlü nitqi dövründə olmayan uşaqlara da işarə və jestlər vasitəsilə özlərini ifadə etməyə imkan yaradılmalıdır. Çünki bu onları dialoqa girməyə həvəsləndirir. Dialoq vasitəsilə isə uşaqlar öz lüğət ehtiyatlarını sərbəst şəkildə artıra bilirlər".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

