Tovuz rayon Vəkil Bürosunun müdiri və vəkili barəsində cinayət işi başlanıb
28.08.2024 [16:52]
Tovuz rayon Vəkil Bürosunun müdiri Rəşad Tapdıq oğlu Abdullayev və həmin qurumun vəkili Süleyman Hüseynqulu oğlu Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq ilə Vəkillər Kollegiyası birgə məlumat yayıb.
Birgə məlumatda bildirilib ki, əməliyyat-istintaq tədbirləri nəticəsində Rəşad Abdullayevin 2023-2024-cü illər ərzində ayrı-ayrı hallarda birbaşa və Süleyman Əliyevlə qabaqcadan əlbir olmaqla məhkəmənin icraatında olan müxtəlif cinayət və mülki işlər üzrə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanında olmasını vətəndaşlara bildirməklə müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaiti tələb etməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad Abdullayev və Süleyman Əliyev Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Həmçinin Vəkillər Kollegiyası tərəfindən həmin şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

