/ / Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirilib
Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirilib
21.10.2024 [23:52]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş idarəsi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirib.
Dövlət Vergi Xidmətindən bildirilib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinə göstərilən xidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə geniş məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bu rayonların iqtisadi potensialını qeyd edib. İştirakçılara dövlət başçısının rəhbərliyi ilə Ağdam və Füzuli şəhərlərində aparılan bərpa-quruculuq işləri və bu ərazilərə investisiya imkanları barədə ətraflı məlumat verilib.
Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin üzvü Emin Şirinov təmsil etdiyi qurumun fəaliyyəti və sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi alətləri barədə məlumat verib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kredit ayrılıb. Vurğulanıb ki, SİF sahibkarların bu mexanizmdən yararlanmasında maraqlıdır və bu istiqamətdə biznes nümayəndələrinə səlahiyyətləri çərçivəsində dəstək verməyə hazırdır.
Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı 1-ci dövlət proqramı ilə bağlı bir sıra məqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, sahibkarlığın inkişafına yönələn dəstək mexanizmləri bu ərazilərdə insanların məskunlaşması, işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi baxımından olduqca önəmlidir.
Görüşdə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən vergiödəyicilərinin monitorinqi aparılıb və əsas məqsəd sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmasının qiymətləndirilməsidir. Çünki məhz qeydiyyatda olan sahibkarlıq subyektləri bu ərazilərdə rezident statusu əldə edərək vergi güzəştlərindən yararlana bilirlər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

