/ / Ombudsman: Dövlət orqanlarının əlaqəli fəaliyyəti mediasiya prosesi üçün böyük əhəmiyyət daşıyır
Ombudsman: Dövlət orqanlarının əlaqəli fəaliyyəti mediasiya prosesi üçün böyük əhəmiyyət daşıyır
30.11.2024 [14:24]
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ankarada keçirilən Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclasında iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S.Əliyeva tədbirdə çıxış edərək insan hüquqları ilə bağlı mübahisələrdə tərəflər arasında qarşılıqlı hörmət və güzəşt mühitinin yaradılmasında mediasiya prosesinin əhəmiyyətini qeyd edib. O, bunun tərəflər arasında birbaşa dialoq və anlaşma əsasında razılığın əldə edilməsinə şərait yaratmaqla yanaşı, cəmiyyətdə sülhün və ədalətin bərqərar olmasında mühüm rol oynadığını vurğulayıb.
Ombudsman Aparatına ünvanlanmış müraciətlərdə mediasiya prosesindən fəal istifadə edildiyini bildirən müvəkkil bu prosesdə tərəflər arasında birbaşa dialoqun təmin edilməsinə və barışığın təşviqinə önəm verildiyini diqqətə çatdırıb. O, pozulmuş insan hüquqlarının bərpası istiqamətində hüquqi çərçivədə aparılan işlərlə yanaşı, dövlət orqanlarının mənəvi dəyərləri təbliğ edərək cəmiyyətdə yarana biləcək problemlərə qarşı daim əlaqəli xidmət göstərməsinin və qabaqlayıcı tədbirləri sistemli şəkildə həyata keçirməsinin əhəmiyyətindən danışıb.
S.Əliyeva Ombudsman təsisatı ilə Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, mediasiya prosesi ilə bağlı şikayətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində birgə səmərəli fəaliyyətin həyata keçirildiyini deyib.
Səbinə Əliyeva Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclası çərçivəsində, həmçinin “Qarabağ gecəsi” adlı tədbirdə çıxış edib.
Müvəkkil çıxışında Vətən müharibəsi zamanı əldə olunmuş Zəfərin Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını, dünyada sülhün və əmin-amanlığın, regionda isə yeni əlaqələrin formalaşmasının vacibliyini bildirərək, hazırda keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışının təmin olunduğunu, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb.
Səbinə Əliyeva Türkiyənin Baş ombudsmanının və İnsan Hüquqları və Bərabərlik Qurumunun sədrinin işğaldan azad edilmiş torpaqlarda aparılan faktaraşdırıcı missiyalarda fəal iştiraklarını, bu ölkənin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini məmnunluqla xatırladıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

