Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır
17.12.2024 [10:33]
Dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.
Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərinə nəzər salırıq.
AZƏRTAC xatırladır ki, dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Qısa müddətdə MSN tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, Azərbaycanda “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrilib. 2022-ci ildə Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçirilib. Həmin sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 200-dən çox şirkət iştirak edib. Müasir silah və texnikanın nümayiş olunduğu genişmiqyaslı tədbir Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilib. Sərgilərdə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar, ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən MSN-in birlik və müəssisələrinin 179 adda məhsulu nümayiş olunub.
Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində nazirliyin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin çoxunu ixraca yönəltmək mümkün olub.

Azərbaycanın müdafiə sənayesi məhsullarının böyük sınağı otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi idi. Bu haqq savaşında MSN-in istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında əhəmiyyətli rol oynayıb. Azərbaycan Vətən müharibəsindən qazandığı şanlı Zəfərdən sonra ilk dəfə 2022-ci ildə keçirilən IV ADEX sərgisində daha müasir silahlarını təqdim edib. Sərgidə nazirliyin müəssisələrində istehsal edilən yeddi növ yeni pilotsuz uçuş aparatı nümayiş olunub. Bu pilotsuz uçuş aparatları Vətən müharibəsində özünü yüksək səviyyədə doğruldub. Kamikadze “İti qovan” məşhur pilotsuz uçuş aparatı, eləcə də “Aerostar” və “Orbiter-4” də sərgidə göstərilən məhsullar sırasında olub. MSN-in açıq havada olan ekspozisiyasında yeni “Gürzə” avtomobilləri, eləcə də modernizə olunmuş transportyor nümayiş olunub.
Ötən il noyabrın 22-dən 25-dək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi keçirilib.

Bu il sentyabrın 24-26-da Bakıda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib. Sentyabrın 24-də Prezident İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgilərini ziyarət edib. Prezident İlham Əliyev əvvəlcə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxıb. Sərgidə fəal iştirak edən “Azərsilah”a məxsus pavilyonda ziyarətçilərə PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, avtomatik top, zirehli gödəkcələr, aviabombalar, təlim simulyatorları, müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkcələr, optik nişangah və cihazlar təqdim olunub.

Sərgilər zamanı MSN və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər, MSN-in tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə Azərbaycan Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma memorandumu imzalanıb, bir çox mövzularda panel müzakirələr olub.
Sərgilərdə, həmçinin ziyarətçilər Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıblar. Tədbirdə ilk dəfə öz stendi ilə təmsil olunan Müdafiə Nazirliyi tərəfindən müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizat vasitələri, zirehli texnikalar nümayiş etdirilib. Sərgilərdə MSN-in müəssisələrində yaradılan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla 193 adda müdafiə təyinatlı məmulat təqdim olunub.

Ümumiyyətlə, “ADEX” və “Securex Caspian” sərgiləri məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, növbəti - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin 2026-cı ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın müdafiə qabiliyyətinin inkişaf etdirmək əzmini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

