Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib
15.02.2025 [18:21]
Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev Naxçıvanda məskunlaşmış Qərbi azərbaycanlıların bir qrup nümayəndəsi ilə görüşüb
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə Elbrus İsayev Qərbi Azərbaycan məsələsinin dövlətimiz üçün prioritet olduğunu vurğulayıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad edilib və Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağına böyük ümid yaranıb.
Elbrus İsayev bildirib ki, muxtar respublikanın Ordubad, Sədərək və Kəngərli rayonlarında, həmçinin Naxçıvan şəhəri üzrə nümayəndələr seçilib və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq aləmdə təbliğ edilməsi və Naxçıvanda məskunlaşmış Qərbi azərbaycanlıların problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün layihə hazırlanıb.
Görüşdə muxtar respublikada Qərbi Azərbaycan əsilli soydaşlarımızla Muxtar Respublika Nümayəndəliyinin işinin gücləndirilməsi, onların xatirələri əsasında memuarların yazılması, folklorunun öyrənilməsi, televiziyada və mətbuatda yazıların və çıxışların hazırlanmasının vacibliyi qeyd edilib. Rektor qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərini müntəzəm təbliğ etmək məqsədilə Universitet Televiziyasında Qərbi Azərbaycan studiyası və universitetdə Qərbi Azərbaycan Mərkəzi yaradılacaq. Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyası ilə əlaqələrinin gücləndirilməsi də diqqət mərkəzindədir.
Qurumun Naxçıvan şəhəri üzrə nümayəndəsi Ədalət Hüseynov, Ordubad rayonu üzrə nümayəndəsi, Aytən Cəfərova, Sədərək rayonu üzrə nümayəndəsi Heydər Süleymanov, Kəngərli rayonu üzrə nümayəndəsi Ələsgər Haqverdiyev və Nümayəndəliyin koordinatoru Süsənbər Ağamalıyeva görüşdə iştirak ediblər və mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

