Səlçuk Karakılıç: "Ermənistan yalnız Azərbaycan və Türkiyənin dəstəyi ilə böhrandan çıxa bilər"
03.09.2025 [13:47]
"Azərbaycan Prezidenti İlham Əliyev bu il ikinci dəfə Çin Xalq Respublikasının paytaxtı Pekinə səfər edib. Dörd aydan sonra dünyanın ən mühüm siyasi mərkəzlərindən biri olan Pekinə yenidən gedən Prezident Əliyev bir neçə həftə əvvəl ABŞ Prezidenti Donald Tramp ilə də görüşmüşdü. Qafqazda artıq son pərdə bağlanmaq üzrədir!..".
Bunu Yeniazerbaycan.com-a Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
"Azərbaycan-Ermənistan arasındakı toqquşma və müharibə böyük ehtimalla sona çatdı. Çünki ABŞ Prezidenti Donald Trampın ev sahibliyində imzalanan razılaşma “sonun başlanğıcı” hesab edilə bilər. Azərbaycan, işğal altındakı Qarabağı bir sıra dövlətlərin qeyri-adi düşmənçilik siyasətinə rəğmən “dəmir yumruq” gücü ilə azad etdi. Prezident İlham Əliyevin diplomatik təşəbbüsləri və qlobal siyasəti ilə “Pax-Caucasus” - Qafqaz Barışı artıq bərqərar olunmaq üzrədir.
Qafqazda sakit, lakin böyük bir inqilab baş verir, fərqindəsinizmi?
“Pax-Caucasus”un, yəni Qafqaz Barışının yaradılması Azərbaycan–Avropa və ABŞ münasibətlərinin normallaşdırılmasını ehtiva edir.
Son iki ildə Azərbaycan qlobal miqyaslı siyasət yürüdür və sərhədlərinin xaricində fəal diplomatiya aparır. Avropa Birliyi (AB), Amerika Birləşmiş Ştatları (ABŞ), Çin Xalq Respublikası, Körfəz monarxiyaları, hətta Yaxın Şərq ölkələrinin bəziləri ilə dərin əlaqələr qurur. Bu siyasi təmaslar sayəsində Azərbaycan problemlərin həllində ya bilavasitə aktor, ya da vasitəçi rolunu oynayır. Azərbaycan Qafqazda barışı təmin etdikcə, üzünü daha geniş məkana çevirir və dünyaya panoramik baxış sərgiləyir.
Ermənistanla münaqişənin sona çatması Azərbaycanın strateji milli hədəflərindən yalnız biridir, birincisi deyil. Azərbaycan əsasən “Pax-Caucasus”un həyata keçiriləcəyini, bölgəni başqa siyasi güclərin təsirinə buraxmayacağını açıq şəkildə bəyan edir. Şübhəsiz, burada fərqli dinamiklər olsa da, Türkiyə və Azərbaycan bölgəni öz istədikləri kimi formalaşdırmaq iradəsi göstərir.
Türkiyənin dəstəyi Azərbaycan “Pax-Caucasus”un mərhələli şəkildə gerçəkləşməsinə zəmin yaradır.
“Pax-Caucasus”- Qafqaz Barışı, Prezident İlham Əliyevin tarixi məsuliyyəti altında irəliləyir. Dünyanın ən mühüm ticarət yollarından birinə çevrilə biləcək və Pekini Londona bağlayacaq Zəngəzur dəhlizi ilə çox böyük bir coğrafiyaya təsir etməyi planlaşdırır. Zəngəzur dəhlizinin açılması Asiya-Avropa ticarətinin Azərbaycanın nəzarətində zənginləşməsi deməkdir. Üstəlik, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa birləşmək və Türk Dünyasını fasiləsiz şəkildə bağlamaq Azərbaycan dövləti üçün qaçılmaz tarixi vəzifədir.
Zəngəzur dəhlizi yalnız iqtisadi və siyasi yol deyil. Azərbaycanın siyasi birliyi, Türk Dünyasının “ailə birliyi”nin təmin edilməsi, dünya ticarətinin etibarlılığı və “Pax-Caucasus”un qurulması üçün fövqəladə tarixi fürsətdir.
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biri olmaq istəyir və buna tam haqqı var. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və bu istiqamətdə tarixi Zəngəzur dəhlizi əsas layihələrdən sayılır.
Azərbaycan Prezidenti İlham Əliyev bu böyük vəzifəni həm tarixi şüuru, həm də diplomatik zəkası ilə uğurla həyata keçirir. O, Qarabağın mirasını, Qərbi Azərbaycanın tarixini və bütöv Türk Dünyasının məsuliyyətini daşıyan, qitələri ticarət və barış vasitəsilə birləşdirən fövqəladə liderdir.
Vaşinqtonda imzalanan razılaşmanın “qətiyyət” qazanması isə Ermənistanın zehniyyət dəyişikliyindən, konstitusiyasında mövcud olan iddialardan imtina etməsindən və tarixi həqiqətləri qəbul etməsindən asılıdır. Lakin artıq üstünlüyü əldə etmiş, ordusunu modernləşdirmiş və müharibədə qalib gəlmiş Azərbaycan qarşısında Ermənistanın daha çox vaxt itirməsi mümkün görünmür.
Ermənistan anlayır ki, Azərbaycan və Türkiyə ilə dostluq olmadan Qafqazda yaşaya bilməz. Yeni Ermənistan yalnız Azərbaycan və Türkiyənin dəstəyi ilə böhrandan çıxa bilər.
Bu gün Azərbaycan və Türkiyə, Ermənistanı yaxın təqibə alaraq yeni siyasi dil formalaşdırır.
1990-cı illərin səhvlərini təkrarlamadan, Ermənistanı xarici güclərin nəzarətindən çıxarıb, birbaşa Azərbaycan və Türkiyənin diplomatiyanın incə gedişləri ilə “Pax-Caucasus”u təmin etməyə çalışırlar.
Azərbaycan və Çin arasında dostluq münasibətləri, hərtərəfli strateji tərəfdaşlıq gündən-günə möhkəmlənir.
Prezident İlham Əliyev bu əməkdaşlığın daha da dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Azərbaycan, qlobal siyasətdə istədiyini hər keçən gün həm qazanır, həm də özünün şirin dili ilə dünyaya qəbul etdirir",-deyə S.Karakılıç əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

