“8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümü Pirallahı rayonunda təntənə ilə qeyd edilib
07.11.2025 [15:32]
07 noyabr 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.
Noyabr ayının ilk günlərindən etibarən rayonun bayram əhval-ruhiyyəsində bəzədilməsi məqsədilə geniş hazırlıq işləri aparılıb. Gürgən qəsəbəsinin girişində, Qala divarlarının üzərində, mərkəzi yol boyunca, eləcə də əsas küçələrdə yerləşən binaların eyvanlarında dövlət bayraqları ucaldılıb. Bununla yanaşı, şəhidlərimizin şəkilləri əks olunmuş “Vətən uğrunda abidə kompleksi”nin ətrafında və Gürgən qəsəbə qəbiristanlığında yerləşən şəhid məzarlarının ərazilərində təmizlik və abadlıq işləri görülüb.
07 noyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abosov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, həmçinin bir sıra müəssisə rəhbərlərinin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində 200 ədəd ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb, ağacların dibləri yumşaldılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Daha sonra RİH başçısının rəhbərliyi ilə ağacəkmə aksiyasında da iştirak edən bir qrup şəxs “Vətən uğrunda abidə kompleksi”ni ziyarət ediblər. Burada şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Tədbir hərbi orkestr tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin və sükut ifasının səsləndirilməsi ilə başlayıb. Ardınca RİH başçısı və digər iştirakçılar abidə önünə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarətdən sonra “Qələbə Salnaməsi: Zəfərin beş ili” adlı rəsmi tədbir keçirilib. Tədbirə qədər “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxs tərəfindən rəsm sərgisi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı tərəfindən isə kitab sərgisi təşkil olunub. RİH başçısı və qonaqlar sərgilərlə tanış olduqdan sonra tədbirə keçid ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin mövzuya həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
Daha sonra çıxış edən RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış Böyük Zəfər Azərbaycan xalqının iradəsini, dövlətimizin qüdrətini və milli birliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. O vurğulayıb ki, beş il əvvəl əldə olunan bu tarixi qələbə təkcə hərbi sahədə deyil, siyasi, diplomatik və mənəvi müstəvidə də Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb. Vasif İmanov onu da qeyd edib ki, Azərbaycan bu gün regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısına çevrilib. Cənab Prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixində ABŞ-a rəsmi səfəri zamanı imzalanan tarixi Bəyanat, sülh müqaviləsinin mətninin paraflanması, eləcə də beynəlxalq tribunalarda dövlətimizin başçısının səsləndirdiyi qətiyyətli bəyanatlar bir daha göstərdi ki, Azərbaycan artıq öz haqlı Zəfərini diplomatik müstəvidə də tam şəkildə təmin edib. Vasif İmanov çıxışının sonunda qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və milli iftixar günüdür. Bu Zəfər bizə həm azadlığın, həm birliyin, həm də dövlətçilik əzminin qiymətini xatırladır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışdılar. Diqqətə çatdırıldı ki, Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov öz çıxışında qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi igidlik və xalqımızın dəmir iradəsi nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olunub. Emil Abasov vurğulayıb ki, bu Qələbə təkcə torpaqlarımızın deyil, həm də milli qürurumuzun, dövlətçiliyimizin, azərbaycançılıq ideologiyasının qələbəsidir. YAP Pirallahı rayon təşkilatının sədri onu da qeyd edib ki, partiya üzvləri hər zaman olduğu kimi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən siyasəti dəstəkləyir, bu istiqamətdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Nəbiyev Elmar Elman oğlunun anası Çiçək Biləndərli Vətən uğrunda canından keçən bütün igidlərin xatirəsinin əziz olduğunu, onların Ali Baş Komandanın bir əmri ilə öz canlarından keçməsi sayəsində bu gün Azərbaycanın qalib dövlət kimi tarix yazdığını bildirib. O, şəhid ailələrinə göstərilən diqqətə, dövlət başçısının və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daimi qayğısına görə minnətdarlığını ifadə edib.
Çıxışlar yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi açıq elan olunub. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən bədii hissə rəngarəng çıxışlarla yadda qalıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45
YAP xəbərləri
06 Noyabr 14:44
Dünya
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:23
YAP xəbərləri
06 Noyabr 13:58
YAP xəbərləri
06 Noyabr 13:48
YAP xəbərləri
06 Noyabr 13:44
YAP xəbərləri
06 Noyabr 13:43
YAP xəbərləri
06 Noyabr 13:42
YAP xəbərləri
06 Noyabr 13:41
YAP xəbərləri
06 Noyabr 13:40

