Ədliyyə Nazirliyində AŞPA-nın həmməruzəçiləri ilə görüş
17.06.2016 [10:07]
İyunun 16-da ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən F.Məmmədov Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmizdə həyata keçirilən demokratik hüquqi islahatlardan danışıb. Nazir qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə məlumat verib, Avropa Şurasının “2014-2016-cı illər üçün Azərbaycan ilə bağlı Fəaliyyət Planı” çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyini qeyd edib.
Müzakirələr zamanı qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə insan hüquqlarının təmin olunması istiqamətində atılan addımları, o cümlədən dövlətimizin başçısının təşəbbüsü ilə cinayət qanunvericiliyinə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılması ilə bağlı dəyişikliklərin edilməsini, habelə məhkumların sayının azaldılmasını maraqla qarşılayıblar. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş amnistiya qərarının icrasına başlanılmasından və bu humanist aktın 10 minədək insana şamil edilməsindən məmnunluq ifadə olunub.
Həmməruzəçilər, həmçinin bütün Avropada aktual olan ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumatlandırılıb. Qonaqlar məhkəmə-hüquq sistemindəki islahatları təqdir edib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti vurğulayaraq, əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Görüşdə əməkdaşlığın perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ cəza növlərinin tətbiqi və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç və Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak ediblər.
Sonra qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

