Sevinc Fətəliyeva: Cəbhə bölgəsində azərbaycanlı uşaqlar erməni snayperlərin hədəfi olurlar
26.04.2017 [09:15]
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının ilk günündə sərbəst müzakirələr keçirilib.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, bu qurumun Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyeva müzakirələrdə fəal iştirak edib.
S.Fətəliyeva bildirib ki, son vaxtlaradək “müharibə” sözü millətindən və dinindən asılı olmayaraq, dünyada hamını qorxudan və dəhşətə gətirən söz idi. Təəssüf ki, bu, artıq tez-tez işlənən məfhumlardan birinə çevrilib. Biz dözümsüzlük, qəddarlıq, düşmənçilik və nifrət kimi anlayışlara tədricən alışmışıq. Suriya, Ukrayna, Dağlıq Qarabağ və bir çox başqa yerlərdə minlərlə uşaq hücumlara məruz qalır, onların həyatları alt-üst olur. Azərbaycanda cəbhə bölgəsində yaşayan uşaqlar erməni snayperlərin hədəfi, partlayıcı cihazların qurbanı olur, yaxınlarını itirirlər.
Qeyd olunub ki, uşaqların üzləşdikləri bütün bu mənfi hallar psixoloji təsirsiz ötüşmür. Hər dəfə münaqişə zonalarından dəhşətli xəbər eşitməyə artıq alışmışıq. Lakin Suriyada - İdlibdə bu yaxınlarda baş verən faciə hamımızı sarsıtdı. Biz kimyəvi hücum nəticəsində şəhid olan uşaqların və körpələrin fotoşəkillərini gördük. Suriyada altı il davam edən müharibə, Dağlıq Qarabağ, Ukrayna kimi münaqişələr uşaqlar üçün qorxulu yuxuya çevrilib. Bu vəziyyətin nə qədər gərgin olduğunu və uşaqların yardıma ehtiyacını göstərir.
Artıq sözdən hərəkətə keçməyin vaxtı çatdığını diqqətə çatdıran S.Fətəliyeva münaqişələrin uşaqlara vurduğu zərbə və yaraların izsiz ötüşmədiyini vurğulayaraq deyib: “Hər bir uşağın təhlükəsiz gələcəyi təmin olunmalıdır. Etiraf etməliyik ki, AŞ PA olaraq, biz həmin münaqişələrin sülh yollu ilə həllinə təzyiq göstərə bilmirik. Biz uşaqları müdafiə etmək üçün kifayət qədər çalışırıqmı? Bəlkə bəyanat verməyi və yalnız müzakirə etməyi dayandıraq? Bəyanatlardan real addımlara keçməyin tam vaxtı deyilmi? Münaqişələrdə uşaqların təhlükəsizliyini təmin etmək, qorumaq üçün artıq müəyyən siyasi qərar qəbul etməliyik”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

