Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP dünyada nüfuzlu güc mərkəzi kimi qəbul olunmaqdadır

YAP dünyada nüfuzlu güc mərkəzi kimi qəbul olunmaqdadır

18.11.2021 [10:24]

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü,

YAP Sumqayıt şəhər təşkilatı sədri vəzifələrinin icraçısı

Cənubi Qafqazın ən mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası (YAP) siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. Hər zaman yeni çağırışlara, müasir islahatlara açıq olan, dövlətimizin inkişafında özünəməxsus yerə malik YAP ümumxalq partiyası kimi siyasi proseslərin avanqard qüvvəsi statusunda çıxış edib.

1992-ci ildə Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan YAP çağdaş tariximizin ən təlatümlü dövründə siyasi proseslərin mərkəzində yer aldı. O dövrdə suverenliyini, müstəqilliyini itirmək qorxusu yaşayan Azərbaycandan  müasir, inkişaf yoluna qədəm qoyan Azərbaycana gedən yolda YAP Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğində müstəsna rol oynadı. 1993-cü ilin iyun ayında Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə əhəmiyyətli yerə malik oldu. Ulu Öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.

Bu gün də YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də partiyamız Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır.

29 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurur. Məhz bu yolda inkişaf edən, günü-gündən böyüyən və xalqın partiyasına çevrilən YAP öz fəaliyyəti ilə sübuta yetirir ki, yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır.

Müasir Azərbaycan tarixinin ən qürurverici səhifələrindən olan 2020-ci ilin Vətən müharibəsi dövründə YAP siyasi təşkilat olaraq cəmiyyətdəki avanqard rolunu növbəti dəfə ortaya qoydu. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli siyasətin təbliğatçısına çevrilən YAP üzvləri bir nəfər kimi ölkəmizin uğurları, qələbəsi üçün səfərbər oldu. Təsadüfi deyil ki, YAP-ın VII qurultayındakı çıxışında partiyamızın Sədri, cənab Prezident partiyamızın üzvlərinin fəaliyyətini yüksək qiymətləndirdi.

Partiyamızın yerli təşkilatları bu istiqamətdəki fəaliyyətlərini indi də davam etdirməkdədirlər. Müzəffər qələbəmizin birinci ildönümü, o cümlədən şəhidlərimizin anım günləri ilə bağlı tədbirlər fəaliyyətimizin mühüm hissəsini təşkil etməkdədir. Bu tədbirlərdə insanlarla ünsiyyətimiz zamanı Azərbaycan xalqının öz Prezidentinə, Yeni Azərbaycan Partiyasına, Heydər Əliyev siyasətinə sevgisi və inamının bir daha şahidi oluruq.

YAP Sumqayıt şəhər təşkilatı da öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun qurur. Hazırda YAP Sumqayıt şəhər təşkilatının sıralarında 28572 nəfər partiya üzvü fəaliyyət göstərir. Gənclər şəhəri olan Sumqayıt partiya təşkilatında birləşən üzvlərimizin böyük əksəriyyəti- 13772 nəfərini gənclər təşkil edir. Uğurlu keçirilmiş 2018-ci ilin prezident, 2019-cu ilin bələdiyyə, 2020-ci ilin parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında önəmli yer tutmuşdur. Zəfərlə nəticələnmiş Vətən müharibəsi isə yaddaşlarımıza və tariximizə əbədi yazıldı.

 

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31