Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Arif Hacılı özgə fındığına göz dikib

Arif Hacılı özgə fındığına göz dikib

18.11.2021 [10:30]

Vətəndaşlardan  redaksiyamıza gələn şikayət məktublarını nəzərdən keçirərkən, diqqətimizi Zaqatala rayon sakini Nəsib  Mikayılovun məktubu cəlb etdi. Şikayət “Müsavat” rəhbəri Arif Hacılı və onun həyat yoldaşı Nəzakət Hacılıdandır. Daha dəqiq desək, Nəsib Mikayılov Arif Hacılını məhkəməyə verib.

Şikayətçi ilə əlaqə saxladıq. Məlum oldu ki, A.Hacılı N.Mikayılovun xüsusi mülkiyyətində olan torpağa göz qoyub. Belə ki, Nəsib Mikayılovun qızı Aynur Mikayılovanın adına qeydiyyata düşmüş həmin torpaqdan fındıq bağı kimi istifadə olunur. Onun dediyinə görə, dolanışıqları da elə həmin bağın fındığından əldə etdikləri gəlirdən olur.

A.Hacılının həyat yoldaşı Nəzakət Hacılı isə dəfələrlə o bağa gəlib, bu bağın onlara məxsus olduğunu, builki məhsulu da özləri yığacaqlarını deyib. Bu hallar təkrarlandıqca, qarşı tərəfi bağdan çıxarmaq üçün N.Mikayılov hüquq-mühafizə orqanlarına müraciət edib. Elə əsl həngamə də bundan sonra başlayıb. Arif Hacılı sıravi bir insanın hansı hədlə onun ailəsinin sözünə qarşı olmasına  qəzəblənib. N.Mikayılovun nömrəsinə dəfələrlə zəng edərək, əvvəlcə onu nalayiq söyüşlərlə təhqir edib və hədələyib: “Arif Hacılı (N.Mikayılov ona zəng edən nömrəni redaksiyamıza təqdim edib - red.) dedi ki, nəinki hüquq-mühafizə orqanından, heç kimdən qorxmur. Məni təhdid edərək başıma oyun açacağını dedi. Bu hədə-qorxu və alçaldıcı sözlərdən sonra əsəbdən səhhətimdə problemlər yaşamağa başladım və indiyədək həkim nəzarətindəyəm” .

Nəzakət Hacılı da sakit oturmayıb. “Facebook” sosial şəbəkəsində “Zaqatalanın doğru xəbər ünvanı” adlı qrupda Mikayılovlar ailəsi barəsində şər və böhtan xarakterli yazılar paylaşmağa başlayıb.

Nəsib Mikayılov şərəf  və ləyaqətinin alçaldılması, ailəsinin mənəvi təhqir olunduğuna və səhhətindəki problemlərin məhz bu məsələdən sonra yarandığına görə, Arif Hacılıdan 20.000 manat təzminat tələb edir. Deyir ki, ədalətli qərar çıxanadək - sonadək gedəcək.

N. Bayramov

 

Paylaş
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31